Modern.az

Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələr daxil edilsin

Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələr daxil edilsin

6 Dekabr 2023, 12:42

Tarix dərsliklərinə Qərbi Azərbaycanla bağlı xüsusi bölmələrin daxil edilməsi təklif edilir. 

 

Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Sevinc Hüseynova parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib. 

 

"Azərbaycan xalqının başına gətirilən bütün bəlaların öyrənilməsi üzərində işləri davam etdirməliyik və gənclərimizə tariximizi dərindən çatdırmalıyıq. 


İstər orta məktəblərdə, istər ali təhsil ocaqlarında bunun tədris edilməsi mühüm əhəmiyyət kəsb edir. Qərbi Azərbaycanda yaşayıb yaradan xalqımız, onların mübarizəsi haqqında biliklərin gənc nəslə çatdırılması önəmlidir”, - o deyib.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok