Modern.az

Magistral yollarda Qərbi Azərbaycan mahallarının adı yazılsın

Magistral yollarda Qərbi Azərbaycan mahallarının adı yazılsın

Qərbi Azərbaycan

6 Dekabr 2023, 13:14

Milli Məclisdə əsas magistral yollarda Qərbi Azərbaycan mahallarının adının yazılması təklif edilib.


Modern.az xəbər verir ki, bu təkliflə Milli Məclisin deputatı Müşfiq Cəfərov parlamentdə “Keçmişdən gələcəyə çağırış: Qərbi Azərbaycana qayıdış fəlsəfəsinə gənclərin baxışı” mövzusunda keçirilən dinləmədə çıxış edib. 

 

“2016-2017-ci illərdən magistral yollarımızda Şuşa, Xankəndi və s. o dövrdə işğalda olan rayonlarımızın adı qeyd olunurdu. Biz əmin idik ki, bir gün Qarabağa qayıdacağıq. Hazırda da deyirik Qərbi Azərbaycana öz avtomobillərimizlə qayıdacağıq. Təklif edirəm ki, şəhər və rayonlarımızın əsas magistral yollarında Qafan, Göyçə, Ağbaba və s. kimi yaşayış yerlərimizin adı yazılsın, ora qədər olan məsafələr qeyd olunsun”, - deyə deputat vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok