Modern.az

İcma Avropa İttifaqının Azərbaycanla bağlı son açıqlamasını qınadı

İcma Avropa İttifaqının Azərbaycanla bağlı son açıqlamasını qınadı

Qərbi Azərbaycan

22 Dekabr 2023, 10:58

Qərbi Azərbaycan İcması Avropa İttifaqının Azərbaycanla bağlı 2023-cü il 21 dekabr tarixli açıqlamasını qınayır.

 

Bu barədə Modern.az-a İcmadan məlumat verilib. 

 

Bildirilib ki, yüz minlərlə azərbaycanlının Ermənistandan deportasiya olunmasına göz yuman, Qərbi Azərbaycan İcmasının müxtəlif müraciətlərini qulaqardına vuran Aİ-nin Azərbaycanda bir neçə fərdlə bağlı “narahatlığı”nı ifadə etməsi qərəzin, ikili standartların təzahürüdür.

 

İnsan hüquqları ilə manipulyasiya, onun siyasiləşdirilməsi Aİ-nin təfəkkür tərzinə çevrilib. Nədənsə, Jozep Borel kimi təkəbbürlü rəsmilərə, Avropa Parlamentində əyləşən səlibçi mentalitetli deputatlara elə gəlir ki, dünya sanki Brüsselin, Aİ-nin ətrafında fırlanır.

 

Aİ Azərbaycanın daxili işlərinə yersiz müdaxilədən əl çəkməli, Fransadan, Niderlanddan tutmuş Litvaya qədər Aİ məkanında islamofobiya, etnik azlıqların sıxışdırılması və digər fundamental problemlərlə məşğul olmalı, Ermənistanda hərbi baza qurmaqdansa, ondan Qərbi azərbaycanlıların qayıdışına imkan verməyi tələb etməlidir.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada