Modern.az

İcma Mirzoyanın müavininə cavab verdi

İcma Mirzoyanın müavininə cavab verdi

Qərbi Azərbaycan

29 Yanvar 2024, 15:58

Qərbi Azərbaycan İcması Ermənistan xarici işlər nazirinin müavini Vaan Kostanyanın İrəvanın Qarabağa UNESCO missiyasının göndərilməsi istiqamətində səyləri barədə səsləndirdiyi fikirlərlə cavab verib.

 

Modern.az-ın xəbərinə görə, icmanın bəyanatında bildirilib ki, bütün bunlar Ermənistanın hələ də Azərbaycanın suverenliyini təhdid etdiyini, ardıcıl mövqeyinin olmadığını göstərir.

 

"Ermənistan digər suveren ölkənin daxili işlərinə qarışmamalı, özünə aid olan məsələ ilə məşğul olmalı və bu xüsusda, Ermənistanda Azərbaycan xalqının mədəni irsinin acınacaqlı vəziyyətinin araşdırılması məqsədilə UNESCO missiyasının səfərinə razılıq verməlidir. "Azərbaycana UNESCO missiyası getsin, amma Ermənistana olmaz" yanaşması təkəbbürlü və irqçi mövqedir", - bəyanatda vurğulanıb.

Whatsapp
Bizə yazın!
Keçid et
Ukrayna Rusiya bu şəhərini də vurdu: Əhali panikada