Modern.az

Aİ zərərli vərdişlərindən əl çəkməlidir - İcmadan bəyanat

Aİ zərərli vərdişlərindən əl çəkməlidir - İcmadan bəyanat

Qərbi Azərbaycan

14 Fevral 2024, 18:02

Avropa İttifaqı (Aİ) Azərbaycanofob, səlibçi yanaşmasından, Azərbaycanın daxili işlərinə qarışmaq və ona qara yaxmaq kimi zərərli vərdişlərindən əl çəkməlidir.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının bəyanatında qeyd edilib.

 

Bildirilib ki, Aİ növbəti dəfə anti-Azərbaycan qərəzindən çıxış edərək Azərbaycanda keçirilmiş tarixi prezident seçkiləri ilə bağlı 2024-cü il fevralın 14-də Strasburqda böhtan xarakterli bəyanat verib:

 

"Aİ-nin bəyanatı düşmənçilik mahiyyəti daşıyır və Azərbaycan xalqının sərbəst şəkildə ifadə etdiyi iradəsinə hörmətsizlikdir. Avropa Şurası Parlament Assambleyasının seçkiləri müşahidə üçün dəvət edilməməsindən qəmgin olmuş Aİ-nin diqqətinə çatdırmaq istərdik ki, seçkiləri müşahidə üçün xaricdən kimi dəvət etməyi müəyyən etmək Azərbaycanın suveren hüququdur".

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadakı miqrantlara xəbərdarlıq - Qadağan olunur!