Modern.az

Qərbi Azərbaycan icmasının üzvləri 101 yaşlı xanımı ziyarət etdilər - FOTO

Qərbi Azərbaycan icmasının üzvləri 101 yaşlı xanımı ziyarət etdilər - FOTO

Qərbi Azərbaycan

8 Mart 2024, 12:00

Qərbi Azərbaycan icması Nərimanov rayon təşkilatının təşəbbüsü ilə Qərbi Azərbaycanın ən yaşlı xanımlarından olan Fatma İsmayılova evində ziyarət edilib.

 

Modern.az xəbər verir ki, əslən Qarakilsə rayonundan olan 101 yaşlı Fatma İsmayılova ilə Qərbi Azərbaycan icmasının sədr müavini, Milli Məclisin üzvü Hikmət Babaoğlu və icmanın Nərimanov rayon təşkilatının və bələdiyyəsinin sədri Təmraz Tağıyev görüşüb.

 

Onlar F. İsmayılovanı 8 Mart - Beynəlxalq Qadınlar Günü münasibətilə təbrik edib, xanıma cansağlığı arzulayıblar.

 

Milli Məclisin üzvü Hikmət Babaoğlu ölkə başçısı İlham Əliyevin Qərbi Azərbaycana qayıdışla bağlı həyata keçirdiyi addımlardan söz açaraq Prezident tərəfindən Azərbaycan qadınına yüksək dəyər verildiyini vurğulayıb:

 

“Bu gün cənab prezident inanır ki, Azərbaycan qadınları gənc nəslin vətənə, milli ideallarımızın təcəssümü olan dövlətçiliyimizə sədaqət ruhunda yetişməsini bundan sonra da xüsusi diqqətdə saxlayacaq, cəmiyyətin yüksəlişinə ahəngdarlıq qazandıran dolğun sosial-mədəni fəaliyyətləri ilə parlaq gələcəyimiz naminə quruculuq işlərində yaxından iştirak edəcəklər”.

 

Görüşdə Fatma İsmayilova ona göstərilən diqqət və qayğıya görə təşəkkür edərək Qərbi Azərbaycana qayıdışı səbirsizlklə gözlədiyini bildirib. O, Qərbi Azərbaycanla bağlı xatirələrini, həmin illərdəki xalqımıza məxsus adət-ənənələrinin bu gün gənc nəsil tərəfindən yaşadıldığını sevinc hissiylə qarşıladığını qeyd edib.

 

Sonda ziyarətçilər 101 yaşlı xanımın sosial-məişət qayğıları ilə maraqlanaraq həlli vacib məsələlər ətrafında fikir mübadiləsi aparıblar.

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!