Modern.az

Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir - İCMA

Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir - İCMA

Qərbi Azərbaycan

9 Mart 2024, 13:30

Müsəlmanlara qarşı nifrət və qərəz son onilliklər ərzində daha da dərinləşib.

Modern.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının sözçüsü Ülviyyə Zülfiqar Bakıda islamofobiyaya qarşı mübarizəyə həsr edilmiş beynəlxalq konfrans çərçivəsində keçirilən “Qeyri-müsəlman ölkələrində İslam mədəni və dini irsinin qəsdən dağıdılması və təhqir edilməsi aktları” mövzusunda aralıq sessiyada deyib.

İslamofobiya siyasətinin qurbanları arasında Ermənistan ərazisindən zorla çıxarılan azərbaycanlıların olduğuna diqqət çəkən Ülviyyə Zülfiqar qeyd edib ki, bu ölkədə müsəlmanlara qarşı dini və etnik dözümsüzlüyü dövlət siyasəti kimi təsisatlandırılması tarixi qeydlər və hadisələrlə sübut edilir. “Əslində, Ermənistan islamofobiyanın sistemli şəkildə yayıldığı ilk ölkədir. Xatırlatmaq istəyirəm ki, Ermənistan azərbaycanlıları sürgün edib qətlə yetirməklə yanaşı, Azərbaycana məxsus zəngin mədəni irsi metodik şəkildə yer üzündən silib. Son 200 il ərzində, xüsusilə 1905-1908, 1918-1920, 1948-1953 və 1987-1991-ci illərdə indiki Ermənistan ərazisində yaşayan azərbaycanlılar doğma yurdlarından məcburi şəkildə deportasiya edilib. Bu dəhşətli hadisələrin kulminasiya nöqtəsi 300 minə yaxın azərbaycanlının öz doğma yurdlarından qovulması olub. 1991-ci ildə Qərbi Zəngəzurun Nüvədi kəndindən sonuncu azərbaycanlının deportasiyası ilə Ermənistan monoetnik dövlətə çevrilib”, - deyə o əlavə edib.

Ermənistan ərazisində Azərbaycanın mədəni irsinin qəsdən məhv edilməsinə diqqət çəkən sözçü vurğulayıb: “310-dan çox məscid və 500-dən çox qəbiristanlığın dağıdılması, əhəmiyyətli mədəniyyət abidələrinin təyinatının dəyişdirilməsi icmamıza qarşı törədilmiş ədalətsizliklərin nümunəsidir. Ermənistanda salamat qalan yeganə məscid olan İrəvandakı Göy məscid tariximizlə bağlı həqiqətləri ört-basdır etmək üçün bu ölkə tərəfindən başqa bir ölkənin irsi kimi təqdim edilir”.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
İbrahim Rəisinin öl*mündə sirli məqamlar