Modern.az

Sumqayıt-Bakı yolunda sərnişinlər sarsıntı keçirir - Deputat

Sumqayıt-Bakı yolunda sərnişinlər sarsıntı keçirir - Deputat

Qərbi Azərbaycan

11 Mart 2024, 10:03

Səhər Sumqayıt-Bakı yolunda tıxacda qalan insanların psixoloji olaraq nə qədər sarsıntı keçirməsi ilə bağlı araşdırma aparmaq lazımıdır. 


Modern.az xəbər verir ki, bunu Milli Məclisdə keçirilən “Nəqliyyatın idarə edilməsində yeniliklər və çağırışlar” mövzusunda dinləmədə deputat Əli Məsimli deyib. 


“Mən Bakının tıxac olmayan ərazisində yaşayıram. İlin bəzi vaxtlarında orada tıxac olur. Təsəvvür edin, o tıxac mənim psixologiyama necə təsir edir. İndi hər səhər Sumqayıt-Bakı yolunu gələn sərnişinlər necə sarsıntı keçirir, bilmək olmaz. Bu barədə araşdırma aparmaq lazımdır. Həmin insanlar gündəlik tıxac problemi ilə barmaqlarının sayından çox xəstəlik tapırlar. Bu sahədə işlər görülməlidir”,-deyə deputat bildirib.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Ordumuz təhvil verilmiş kəndlərə daxil olub?