Modern.az

Qərbi Azərbaycana gedirik! - Yeni LAYİHƏ

Qərbi Azərbaycana gedirik! - Yeni LAYİHƏ

Qərbi Azərbaycan

11 Mart 2024, 16:24

Azərbaycan diasporu sahəsində aktiv fəaliyyət göstərən "New Diaspora of Azerbaijan" (NewDiasporAz) media platforması Qərbi Azərbaycanlılarla bağlı yeni layihəyə start verib.

 

Modern.az bütün Qərbi Azərbaycanlıları bu layihəyə qoşulmağa dəvət edir.

 

Sizin dəstəyiniz və bu layihə vasitəsilə Qarabağ həqiqətləri kimi Qərbi Azərbaycan həqiqətləri də dünyaya çatacaq.

 

"New Diaspora of Azerbaijan"ın çağırışında deyilir:

 

"Əziz soydaşlar, Qərbi Azərbaycana gedirik! Bu gün virtualdır, sabah gerçək olacaq.

 

Qarabağa da belə getdik...

 

Xatirələrinizi, sevgi və həsrət qoxulu şəkillərinizi, video-kasetlərinizi və səyahət çantanızı götürün, birlikdə gedək! 

 

NewDiasporAz İrəvana, Qafana, Gorusa, Mehriyə, Zəngibasara, Vediyə, bütün Qərbi Azərbaycana gedən yollarınızı bir xatirə qədər yaxın edəcək sizə!

 

Qərbi Azərbaycana qayıdışın bir parçası olmaq və layihədə iştirak etmək üçün özünüzün, qardaş-bacı, valideynlər, baba-nənə, yaxınlarınızın, həmyerlilərinizin, bir sözlə Qərbi Azərbaycanla bağlı bütün xatirələri, şəkilləri, audio, video yazıları, bizimlə bölüşün. Göndərdiyiniz məlumatları bütün dünyaya çatdırmağımız üçün şəkillərin, audio, video yazıların nə vaxt, harada qeydə alındığını yazmağınız vacib və mütləqdir.

 

Sizin Qərbi Azərbaycanla bağlı göndərdiyiniz xatirələri, şəkilləri, audio, video yazıları toplayıb kitab və film halında özünüzə qaytaracağıq. 

 

Hamılıqla Qərbi Azərbaycana gedirik! Yolumuz mübarək!

 

Foto, video, audio materialları  +994503306656 whatsapp nömrəsinə, [email protected] elektron poçt ünvanına və ya Instagram və Facebook-da "NewDiasporAz" səhifələrinə göndərə bilərsiniz".

Twitter
Sizə yeni tvit var
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir