Modern.az

“Azərbaycana məxsus kəndləri geri qaytarmaq lazımdır” - Erməni deputat

“Azərbaycana məxsus kəndləri geri qaytarmaq lazımdır” - Erməni deputat

Qərbi Azərbaycan

19 Mart 2024, 17:36

Regionda çox çətin geosiyasi vəziyyətə düşdüyümüz, Türkiyə və Azərbaycan kimi qonşularımız olduğu üçün bizim imkanlarımız məhduddur.

Modern.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Ermənistan parlamentinin hakim “Mülki müqavilə” partiyasından olan deputatı Ovik Ağazaryan bildirib.

Onun sözlərinə görə, Ermənistan öz addımları ilə beynəlxalq qüvvələrin diqqətini çəkməlidir:

“Mən demirəm ki, bu addımlar həlledici olacaq, lakin onlar çox vacibdir”.

Deputat hesab edir ki, müharibə təhlükəsini nəzərə almamaq olmaz, çünki Ağazaryanın sözlərinə görə, hər şeyin öz ölçüsü və həddi var.

O bildirib ki, əgər Azərbaycan da Ermənistanın addımının ardınca irəliyə doğru addım atmasa, o zaman İrəvan çıxılmaz vəziyyətə düşəcək.


“Tavuş vilayətində Azərbaycan Sovet Respublikasına məxsus yaşayış məntəqələri var və onları təslim etmək yox, geri qaytarmaq lazımdır”, - deputat söyləyib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
ANBAAN GÖRÜNTÜLƏR- Ukrayna rus əsgərlərini belə əsir götürdü