Modern.az

Belçikada Ermənistan-Azərbaycan danışıqları müzakirə olundu

Belçikada Ermənistan-Azərbaycan danışıqları müzakirə olundu

Qərbi Azərbaycan

21 Mart 2024, 14:13

Ermənistanın baş naziri Nikol Paşinyan Atom Enerjisi üzrə I Sammit çərçivəsində belçikalı həmkarı Aleksandr de Kroo ilə görüşüb.

Modern.az xəbər verir ki, Ermənistan hökumətinin mətbuat xidmətinin məlumatına görə, görüş zamanı həmsöhbətlər Ermənistan-Belçika əməkdaşlığına dair məsələləri müzakirə ediblər.

Tərəflər Belçikanın Ermənistanda səfirliyinin açılmasının vacibliyini qeyd edib və bunun çoxsahəli qarşılıqlı fəaliyyətə yeni təkan verəcəyinə əminlik ifadə ediblər.

Ermənistan və Belçikanın baş nazirləri Cənubi Qafqazdakı mövcud vəziyyətə toxunub, xüsusilə Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi ətrafında danışıqlar prosesini, regional infrastrukturların blokdan çıxarılması imkanlarını müzakirə ediblər.

Həmçinin Ermənistan-Avropa İttifaqı əməkdaşlığı ilə bağlı fikir mübadiləsi aparılıb.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Sərhəddə gərginlik: Ara qarışdı, ermənilər üsyan edir