Modern.az

“Mən adam axtarıram ki, o kəndlərin bizim olduğunu sübut etsin” - Simonyan

“Mən adam axtarıram ki, o kəndlərin bizim olduğunu sübut etsin” - Simonyan

Qərbi Azərbaycan

27 Mart 2024, 16:56

“Ermənistanda və Tavuş rayonunda elə bir kənd yoxdur ki, onun təslim edilməsi məsələsi müzakirə olunsun”.

Modern.az xəbər verir ki, bunu martın 27-də jurnalistlərlə söhbətində Ermənistan parlamentinin sədri Alen Simonyan Tavuş rayonundakı işğal olunmuş 4 kəndin Azərbaycana qaytyarılması  məsələsinə toxunarkən deyib.
 

“İndi biz oranı Ermənistan ərazisi hesab edən insanları axtarırıq. Mən o adamları axtarıram ki, gəlib Ermənistan ərazisində olduqlarını sübut edəcəklər. Ermənistan Sovet İttifaqının yaradılmasından tutmuş müstəqilliyinə qədər bütün xəritələrdə öz ərazisini metr-metr göstərə bilər. Tavuş sakinləri bilirlər ki, bu xəttin hansı tərəfində Ermənistan olub”, - Simonyan bildirib.
 

Onun fikrincə, müxalifət növbəti yanlışlıq edir və ondan nəsə yaratmağa çalışır.

“Əvvəlcədən deyirəm – bu, işləməyəcək. Ermənistan ərazisinin heç bir hissəsi sövdələşməyə məruz qalmır”, - deyə spiker vurğulayıb.

“İstisna etmirəm ki, Ermənistan o kəndləri verməsə, Azərbaycan hücuma keçə bilər”, - Alen Simonyan əlavə edib.


Onun sözlərinə görə, azərbaycanlılar bu barədə açıq danışıblar. Simonyan əmin edib ki, Ermənistan hakimiyyəti müxalifətçilərin danışdıqları məntiqdən çıxış etmir, guya hər şeyi verirlər.

“Xeyr, gəlin açıqlayaq ki, biz ərazilərimizi sövdələşmə obyektinə çevirmirik. Artıq iki ildir ki, dəhlizdən danışırlar. Niyə biz bu məsələdə güzəştə getmədik? Çünki aydındır ki, bu, bizim yurisdiksiyamızdadır”, - deyə spiker əlavə edib.
 

Onun sözlərinə görə, sərhədin çəkilməsinə Tavuşdan başlamaq ən düzgün yoldur, çünki orada mübahisəli ərazilər xeyli azdır.

“Düşünürəm ki, bu proses nəticəsində biz sərhədin tam konturunu əldə edəcəyik. Bu yerdə, ümumiyyətlə, heç bir ciddi mübahisə yoxdur. Qalan ərazilərlə bağlı mübahisələr var”, - deyə o, fikrini yekunlaşdırıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
ŞOK VİDEO! Rusiya sülhməramlıları yenidən Qarabağa qayıtdı?