Modern.az

Qərbi Azərbaycandan olan qaçqınlara güzəştlər verilə bilər - Deputatlar müzakirə edir

Qərbi Azərbaycandan olan qaçqınlara güzəştlər verilə bilər - Deputatlar müzakirə edir

Qərbi Azərbaycan

2 Aprel 2024, 10:58

“Azərbaycan vətəndaşlığı haqqında” qanunun 3-cü maddəsinin 5-ci bəndində belə bir cümlə var ki, məcburi köçkünlərə aid olan bütün güzəştlər Qərbi Azərbaycandan qovulan qaçqınlara da şamil edilir”.


Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında deputat Əziz Ələkbərli deyib. 


“Deməli başqa hal nəzərdə tutulub. Əgər başqa hal nəzərdə tutulubsa, o cümlə yerində deyil. Bu məsələyə diqqət yetirilməsini xahiş edirəm”.

 

Komitə sədri Musa Quliyev isə qeyd edib ki, “Qaçqınların və məcburi köçkünlərin statusu haqqında” qanuna yenidən baxılmalıdır.

 

“Burada Qərbi Azərbaycandan olan qaçqınlar məsələsini də nəzərə almalıyıq. Yeni reallıqları nəzərə alaraq, bu qanuna yenidən baxmaq yaxşı təşəbbüs olar. Aidiyyəti qurumlarla bu məsələni müzakirə edə bilərik”, - o bildirib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!