Modern.az

"Biz delimitasiyaya Qazaxın 4 kəndindən başlamağın əleyhinə deyilik"

Qərbi Azərbaycan

10 Aprel 2024, 12:14

Ermənistan bizim Tavuş vilayətindən və Azərbaycanın Qazax rayonunun 4 kəndinin bir hissəsindən sərhədlərin delimitasiyası prosesinə başlanmasının əleyhinə deyil.

Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan parlamentdə deyib.

O vurğulayıb ki, bu prosesdən imtina həmin ərazilərdə təhlükəsizliklə bağlı vəziyyətin pisləşməsinə səbəb olacaq.
 

"Biz bu təhlükəni neytrallaşdırmalıyıq", - baş nazir deyib.

Qeyd edək ki, Qazaxın işğal edilmiş esklav olmayan Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı və Xeyrimli kəndlərinin Azərbaycana qaytarılması hazırda gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin qeyd-şərtsiz qaytarılmasını istəyir. Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır. 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!