Modern.az

Paşinyan 4 kənd məsələsinə görə Qazaxla sərhədə GƏLDİ

Paşinyan 4 kənd məsələsinə görə Qazaxla sərhədə GƏLDİ

Qərbi Azərbaycan

17 Aprel 2024, 12:30

Ermənistanın baş naziri Nikol Paşinyan bu gün Tavuş vilayətinin Voskepar kəndinə gedib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu, baş nazirin Voskepara ikinci səfərdir.

Qeyd edək ki, Tavuş vilayətinin ermənilər Voskepar kəndi Azərbaycanın Qazax rayonunun işğal olunmuş 7 kəndi ilə üzbəüz ərazidə yerləşir.


Paşinyanın Tavuşa 1-ci səfəri zamanı kənd camaatı ilə görüşq rahat keçməmişdi. Həmin görüşdə Paşinyan Qazaxın işğal altındakı 4 kəndinin – Aşağı Əskipara, Xeyrimli, Qızılhacılı və Bağanız Ayrımın Azərbaycana təhvil verilməsinin vacibliyini vurğulamışdı. Vospekar erməniləri isə baş nazirin sözlərinədn narazı qalmışdılar. Paşinyan isə onlara demişdi ki, bu kəndlər təhvil verilməlidir, əks halda müharibə başlayacaq.
 

Nikol Paşinyan son mətbuat konfransında da bu kəndlərin Ermənistana aid olmadığını bəyan edib.

Xatırladaq ki, Azərbaycanın Qazax rayonunun 7 kəndi - Bağanıs Ayrım, Aşağı Əskipara, Qızılhacılı, Xeyrimli, Yuxarı Əskipara, Barxudarlı və Sofulu 90-cı illərin əvvəllərində Ermənistan tərəfindən işğal olunub.

Bu kəndlərdən 4-ü (Bağanıs Ayrım, Aşağı Əskipara,  Qızılhacılı, Xeyrimli) esklav olmayan yaşayış məntəqələridir, 3-ü isə (Yuxarı Əskipara, Barxudarlı, Sofulu) ekslavdır (hər tərəfdən Ermənistan ərazisilə əhatə olunub).

Hazırda kəndlərin Azərbaycana qaytarılması gündəmin əsas müzakirə məsələsidir. Azərbaycan tərəfi Ermənistandan qanunsuz olaraq Tavuş bölgəsinə daxil etdiyi bu kəndlərin 4-nü ilk növbədə qeyd-şərtsiz qaytarılmasını istəyir. Rəsmi Bakı bildirib ki, daha sonra digər 3 kəndin və Naxçıvanın işğal altındakı esklav olan Kərki kəndinin qaytarılması məsələsi müzakirə olunmalıdır.

Ermənistanda isə hələ ki buna müqavimət göstərilir, proses uzadılır. 

A.Qorxmaz

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Aksiyalara rəhbərlik edən Baqrat Qalstanyan qəzaya düşdü