Modern.az

Ermənistan ordusu Qazaxın 4 kəndindən geri çəkilir

Ermənistan ordusu Qazaxın 4 kəndindən geri çəkilir

Qərbi Azərbaycan

23 Aprel 2024, 14:47

Ermənistan Ordusu Qazax istiqamətindəki işğal olunmuş kəndlərdəki mövqelərindən geri çəkilib.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bunu erməni Apostol Kilsəsinin Tavuş Yeparxiyasının primatı, arxiyepiskop Baqrat Qalstanyan deyib.


“Artıq deyirlər ki, mövqelərimiz üzərində Azərbaycan bayrağı dalğalanır. Mən bunu öz gözlərimlə görməmişəm, amma belə deyirlər, yəqin insanlar görüblər”, - o bildirib


Xatırladaq ki, Ermənistanın Tavuş vilayətinin Kirants icmasında dövlətlərarası yol bir neçə gündür bağlanıb. Bu, Ermənistan baş nazirinin müavini Mher Qriqoryanın demarkasiya və delimitasiya işləri ilə bağlı Azərbaycanla razılıq əldə olunduğu barədə bəyanat yaymasından sonra baş verib. Kirantsın bir hissəsinin Azərbaycanın nəzarətinə keçəcəyi xəritə də açıqlanıb.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
SON DƏQİQƏ-Paşinyan Türkiyə ilə sərhədə getdi