Modern.az

Zəngəzur dəhlizi Türkiyəni tarixi Türk coğrafiyasına bağlayacaq - Fuat Oktay

Zəngəzur dəhlizi Türkiyəni tarixi Türk coğrafiyasına bağlayacaq - Fuat Oktay

Qərbi Azərbaycan

25 Aprel 2024, 12:19

Ermənistan tərəfindən uzun müddətdir işğal altında tutulan Qazaxın dörd kəndinin diplomatik yolla qaytarılmasını alqışlayır və təbrik edirik. 


Modern.az xəbər verir ki, bu barədə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin sədri Fuat Oktay Türk Dövlətləri Parlamentlərinin Xarici Əlaqələr Komitələri Sədrlərinin Bakı iclasında bildirib. 

 

“Bununla bərabər Zəngəzur dəhlizinin də qısa zaman ərzində açılması bizim üçün vacib və əhəmiyyətlidir. Bu xəttin açılması ilə Türkiyə tarixi Türk coğrafiyasına bağlayacaq. Bu da Türk dünyasının daha da güclənməsi və inkişafına şərait yaradacaq. Bu dəhlizin açılması eyni zamanda Ermənistan üçün də son dərəcə vacibdir. Bununla də bölgədə sülhün əldə olunması təmin oluna bilər”,- deyə o bildirib.

Whatsapp
Bizə yazın!
Keçid et
Mühüm mövqelər Ordumuzun nəzarətinə keçdi-Ermənistanda şok