Modern.az

Ermənistan 4 kəndi qaytarmaqla sərhəd bölgəsində nələri itirir... - SİYAHI

Ermənistan 4 kəndi qaytarmaqla sərhəd bölgəsində nələri itirir... - SİYAHI

Qərbi Azərbaycan

26 Aprel 2024, 18:04

Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasındakı sərhədin dəqiqləşdirilməsi prosesi iki dövlətin ekspert qrupları tərəfindən davam etdirilir.

 

Rəsmi məlumata görə, aparılan geodeziya ölçmələri əsasında aprelin 25-dək Ermənistanın Tavuş rayonu ilə Azərbaycanın Qazax rayonu arasında 20 sərhəd dirəyi quraşdırılıb.

 

Sərhədin bu hissəsindəki delimitasiya-demarkasiya prosesi nəticəsində 30 ildir işğalda saxlanılan Bağanis Ayrım, Aşağı Əskipara, Xeyrimli və Qızılhacılı kəndləri Azərbaycana təhvil verilir.

 

Tərəflər dövlət sərhədinin bu hissəsinin dəqiqləşdirilməsi prosesini 15 may 2024-cü il tarixinədək yekunlaşdırıb müvafiq Protokol-təsvirlə sənədləşdirərək imzalamalıdırlar.

 

Qeyd edək ki, Ermənistanda proses ağrılı keçir. Erməni cəmiyyətiinin bəzi dairələri, revanşist qüvvələr 30 ildir işğal altında saxlanılan torpaqların Azərbaycana qaytarılmasını heç cür həzm edə bilmir, Tavuş bölgəsində etiraz aksiyaları keçirməyə cəhd göstərirlər.

 

Prosesə qarşı çıxanlardan biri də Ermənistanın keçmiş ombudsmanı Armen Tatoyandır.

 

Modern.az-ın məlumatına görə, hazırda “Tatoyan” adlı fonda rəhbərlik edən eks-ombudsman Tavuş bölgəsindəki sərhəd dəyişikliyinin Azərbayacana ciddi üstünlük qazandırdığını bildirib.

 

Prosesdən narazı qalan və Tavuşda qarışıqlıq yaranmasında maraqlı olan Armen Tatoyan sərhəddəki hakim yüksəkliklərin Azərbaycan Ordusunun nəzarətinə keçdiyini bildirməklə bölgənin erməni sakinlərini qorxutmağa çalışıb.

 

Armen Tatoyan sərhəd dəyişikliyindən sonra Tavuşdakı vəziyyəti belə təsvir edib:

 

“Kirants kəndi (hazırda ermənilər yaşayır və Ermənistana məxsusdur) dar bir yarımada kimi demək olar ki, tamamilə Azərbaycan Ordusu tərəfindən mühasirəyə alınacaq, eləcə də otlaqlar, bağlar və digər torpaqlar Azərbaycanın nəzarəti və ya hədəfində olacaq.

 

Kirants kəndi əsas yoldan məhrum olacaq və yaşayış məntəqsi üçün nəzərdə tutulan alternativ yol Azərbaycanın Silahlı Qüvvələrinin müşahidəsi altında olacaq.

 

Açarkut kəndinə gedən yol da azərbaycanlıların silahlı müşahidəsi altında olacaq.

 

Voskepar yolunun ayrı-ayrı hissələri Azərbaycanın nəzarəti altına keçəcək.

 

Voskeparın demək olar ki, sərhəddə yerləşən Müqəddəs Astsvatsatsin kilsəsinin Azərbaycan  hərbçilərinin müşahidəsi altında qalması insanların ziyarətə getməsinə mane olacaq.

 

Voskepar, Kirants və digər kəndlərdəki bəzi mülki evlər azərbaycanlıların nəzarət edəcəyi ərazidə qalacaq.

 

Azərbaycan Silahl Qüvvələri dövlətlərarası yolun Bağanis kəndindən keçən hissəsinə yaxın olacaq.

 

Azatamut, Kayan, Aygehovit və Vazaşen kəndləri əsas yoldan məhrum olunacaq.

 

Kyan kəndinin yaşayış şəraiti və alternativ marşrutu olmayacaq, buna görə də qəsəbə kimi onun varlığına son qoyulacaq.

 

Ərazilərin əldən çıxması iləəlaqədar Ayqehovit və Vazaşen kəndləri ciddi iqtisadi və təhlükəsizlik problemləri ilə üzləşəcək.

 

Aygehovitdə sərhəd dəyişikliyindən sonra kənd torpaq və otlaq sahələrini itirəcək. Ona görə də insanların artıq kənd təsərrüfatı işləri ilə məşğul olmaq imkanı olmayacaq; ya yox olacaq, ya da əhəmiyyətli dərəcədə azalacaq.



Satlmış adlı yüksəklik məsələsi gündəmə gələcək. Azərbaycan hərbçiləri bu təpədə peyda olsalar, nəinki Azatamut, Açacur, Sevkar, Sarıquq, Berkaber, Tsaghkavan kəndlərini, hətta İrəvan-İcevan-dövlət sərhədi dövlətlərarası avtomobil yolunu da birbaşa nəzarətə götürəcəklər.

 

Voskepar kəndi istiqamətində problem mövcud yol ilə məhdudlaşmayacaq.

 

Bu hissədən Ermənistan üçün strateji və həyati əhəmiyyət kəsb edən qaz kəməri, internet rabitə kabelləri və s. keçir.

 

Voskepardakı içməli və suvarma su mənbələri də Azərbaycanın nəzarətinə keçəcək. Sakinlərin bir qismi evlərini və yaşayış məntəqələrini tərk etmək məcburiyyətində qalacaq.

 

Voskepardakı sərhəd dəyişiklikləri dövlətlərarası yol üçün problem yaradacaq”.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Zakir Fərəcovun 3 milyonluq borcu -iş adamlarına hədə-qorxu gəlinir