Modern.az

Qərbi Azərbaycan rayonlarının XƏRİTƏSİ

Qərbi Azərbaycan rayonlarının XƏRİTƏSİ

Qərbi Azərbaycan

31 May 2024, 10:54

Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Qərbi Azərbaycan rayonlarının adları qeyd olunan xəritəni ictimailəşdirib.

Modern.az xəbər verir ki, Əziz Ələkbərlinin sözlərinə görə, son vaxtlar sosial şəbəkələrdə Qərbi Azərbaycanla bağlı çoxlu sayda materiallar yayımlanır, müxtəlif xəritələr paylaşılır. Bu ümummilli məsələ ilə bağlı hər kəs əlindən gələni etməyə çalışır. Lakin təəssüf ki, yayımlanan xəritələrdə, dərc olunan məlumatlarda və elan edilən rəqəmlərdə bəzən xeyli müxtəliflik özünü göstərir.


“Hamıdan xahiş edirik ki, belə məsələlərdə müxtəlifliyə yol verməmək üçün hər kəs Qərbi Azərbaycan İcmasının təsdiq etdiyi və paylaşdığı xəritələrə, məlumatlara və elan etdiyi rəqəmlərə istinad etsin”, - deyə o bildirib.


Ə.Ələkbərli ilk addım olaraq Qərbi Azərbaycanın rayonları ilə bağlı xəritəni ictimailəşdirib.

O xatırladıb ki, Qərbi Azərbaycanın rayonlaşdırılmasına 1930-cu il sentyabrın 9-da başlanılıb, müxtəlif vaxtlarda ərazinin inzibati bölgüsündə müxtəlif dəyişikliklər edilib.

“Buna görə də həmin tarixlərdən ən optimal hesab etdiyimiz bir tarixin - 1970-ci ilin ərazi-inzibati bölgüsünü əsas götürmüşük”.

Modern.az Qərbi Azərbaycan İcmasının təsdiq etdiyi həmin xəritəni diqqətə çatdırır:

Twitter
Sizə yeni tvit var
Keçid et
Türkiyəli jurnalist Azərbaycanda nələr gördü?