Modern.az

"Ermənistanın dialoqdan yayınması ədalətli irəliləyişə mane olur"

Qərbi Azərbaycan

25 İyun 2024, 23:05

Qərbi Azərbaycan İcmasının fəaliyyətinin ana xəttini Qərbi azərbaycanlıların öz evlərinə dinc, təhlükəsiz və ləyaqətli şəkildə qayıdışını təmin etmək təşkil edir. Bu məsələyə dair beynəlxalq məlumatlılığın artırılması, beynəlxalq təşkilatlarla və xarici dövlətlərlə dialoq istiqamətində səylərimiz davam edib. Çoxsaylı müraciətlərimiz BMT-nin ali orqanlarının rəsmi sənədləri kimi yayılıb, UNESCO, ICESCO, Qaçqınlar üzrə Ali Komissarlıq, ATƏT kimi qurumlarla təmaslarımız davam edib. Qərbi Azərbaycan İcması üzvlərinin öz doğma torpaqlarına qayıdışına dialoq yolu ilə nail olmaq əzmindədir.

 

Modern.az xəbər verir ki, bu sözləri Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərli Ümumdünya Qaçqınlar Gününə həsr olunmuş tədbirdə söyləyib.

 

O bildirib ki, biz Ermənistan hökumətinə dialoq üçün dəfələrlə təklif göndərmişik. İcmanın davamlı dialoq cəhdlərinə baxmayaraq, Ermənistan hələ də onun çağırışlarına cavab verməyib. Ermənistan tərəfinin dialoqdan yayınması ədalətli və davamlı həll istiqamətində irəliləyişə mane olur.

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır