Modern.az

Biz Qərbi Azərbaycana qayıdışa şahidlik edəcəyik - Deputat

Biz Qərbi Azərbaycana qayıdışa şahidlik edəcəyik - Deputat

Qərbi Azərbaycan

2 İyul 2024, 12:33

Azərbaycanlılar 30 il Qarabağ həsrətilə yaşadı. Nəhayət torpaqlarımız işğaldan azad olundu, Qarabağa qayıdış başladı. Bu gün isə soydaşlarımız Qərbi Azərbaycan, İrəvan, Zəngəzurun həsrətini çəkirlər. Həmin torpaqlara da qayıdış nə vaxtsa mümkün olacaqmı? Qərbi azərbaycanlıların həsrəti bir gün sona çatacaqmı?

VI çağırış Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcmasının Gənclər Şurasının üzvü Naqif Həmzəyevlə Modern.az-a deyib ki, 44 günlük Vətən müharibəsindən sonra yeni çağırışlar ortaya çıxıb:

"1988-ci ildə Qərbi Azərbaycanlıların növbəti deportasiyası baş verd. O proseslərin ardınca Qarabağ probleminin ortaya çıxması və torpaqlarımızın 20%-nin işğal atlına düşməsi ilə Qərbi azərbaycanlıların problemlərinin həllinə dair tədbirlərin reallaşdırılması kölgədə qaldı. Ancaq 44 günlük Vətən müharibəsindən sonra yeni çağırışlar ortaya çıxdı. Bu çağırışların ən əsaslarından biri Qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsi, onların öz dədə-baba yurdlarına qayıtmalarının təmin edilməsi üçün hüquqi müstəvidə sivil yollarla problemin həllinə çalışmaqdır”.

N.Həmzəyev bildirib ki. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dəfələrlə Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması hüququnun olmasını dilə gətirib. Bu gün sözügedən istiqamətdə böyük işlər görülür:

“Artıq Qərbi Azərbaycandan deportasiya olunmuş soydaşlarımızın bütün məlumatları toplanıb, onlara dəymiş ziyanlara dair informasiyalar cəmləşdirilib. Nəticə etibarilə artıq Birləşmiş Millətlər Təşkilatında (BMT) Qərbi azərbaycanlıların problemləri dilə gətirilir və bir neçə dilə tərcümə olunmuş materiallar dünya dövlətlərinə ünvanlanıb. Digər beynəlxalq təşkilatlarda da Qərbi azərbaycanlıların hüquqlarının bərpa edilməsinə dair məsələlər qaldırılır və müzakirə olunur. Bir sözlə, bu gün sözügedən problemin həll edilməsi istiqamətində işlər görülür”.

Müsahibimiz qeyd edib ki, Azərbaycanın Cənubi Qafqazda yaratdığı yeni reallıqlar, regional və qlobal məkanda güclənməsi Qərbi azərbaycanlıların öz dədə-baba yurdlarına qayıtması ehtimalını daha da gücləndirir:

“Düşünürük ki, Qərbi azərbaycanlıların hazırkı Ermənistan Respublikasına qayıtması və orada yaşaması gec-tez mümkün olacaq. Biz bu proseslərə şahidlik edəcəyik”.

N.Həmzəyev onu da deyib ki, Qərbi Azərbaycan həsrəti ilə yaşayan soydaşlarımız bu həsrəti öz övladlarına, nəvələrinə, nəticələrinə də ötürə biliblər:

“Bu gün hətta o torpaqda doğulmayan, babalarının ata yurduna qayıtmaq istəyən çoxlu sayda gənclərimiz var. Biz gec-tez Qarabağ və Şərqi Zəngəzurda həyata keçirdiyimiz bu uğurlu qayıdış prosesinin Qərbi Azərbaycana da sirayət edəcəyinə inanırıq. O gün uzaqda deyil. Biz sülh içində Qərbi Azərbaycanda, öz ata-baba torpaqlarımızda yaşamaq istəyirik”.
 

Rəşid Qarayev

Twitter
Sizə yeni tvit var
Keçid et
Rusiyada şok-Çağırışçılar ordudan qaçır