Modern.az

İcmadan Beynəlxalq Frankofoniya Təşkilatına REAKSİYA

İcmadan Beynəlxalq Frankofoniya Təşkilatına REAKSİYA

Qərbi Azərbaycan

10 İyul 2024, 19:18

Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə edirlər.

 

Modern.az xəbər verir ki, bu barədə Qərbi Azərbaycan İcmasının yaydığı bəyanatda bildirilir.

 

Qeyd olunub ki, mediada yayılan məlumatlara görə, Beynəlxalq Frankofoniya Təşkilatının Parlament Assambleyası Azərbaycanı “etnik təmizləmədə” ittiham edən qətnamə qəbul edib.

 

Qərbi Azərbaycan İcması sözügedən qərəzli və böhtan xarakterli sənədin qəbulunu pisləyir. Göründüyü kimi, Ermənistan və Fransa beynəlxalq hüquqazidd siyasətləri üçün Beynəlxalq Frankofoniya Təşkilatından sui-istifadə etməkdə davam edirlər.

 

Ermənistanın bir tərəfdən sülhdən, sülh müqaviləsindən danışıb, o biri tərəfdən Azərbaycana qarşı belə pozuculuq əməlləri ilə məşğul olması bir sıra suallar doğurur.

 

Qərbi Azərbaycan İcması əsas missiyası mədəniyyət sahəsində qarşılıqlı anlaşmanın təşviqinə xidmət etmək olan Beynəlxalq Frankofoniya Təşkilatından bəzi dairələrin siyasi gündəliyi üçün sui-istifadə edilməsinə yol verməməyə çağırır.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı