Modern.az

Bu ünsürlərin BMT məkanlarından sui-istifadəsini qınayırıq - İCMA

Bu ünsürlərin BMT məkanlarından sui-istifadəsini qınayırıq - İCMA

Qərbi Azərbaycan

11 İyul 2024, 18:50

Qərbi Azərbaycan İcması bəyanat verərək, Ermənistanın keçmiş XİN rəhbəri Vartan Oskanyanın ifrat millətçi mövqeyindən çıxış etməsi və bundan ötrü BMT məkanını istifadə etməsini qınayan bəyanatla çıxış edib.

 

Bu barədə Modern.az-a İcmadan bildirilib.

 

İcma bildirib ki, dini radikalizm və Azərbaycanofob mövqeyə malik “Beynəlxalq Xristian Həmrəyliyi” adlı qeyri-hökumət təşkilatı BMT-nin İnsan Hüquqları Şurasının məkanından sui-istifadə edərək növbəti anti-Azərbaycan tədbir keçirib.

 

“Tədbirdə Ermənistanın keçmiş xarici işlər naziri, ifrat millətçi Vartan Oskanyan Azərbaycanın ərazi bütövlüyünə qəsd edən çıxış edib. Qərbi Azərbaycan İcması dini radikalizmi və millətçiliyi təbliğ edən və regionda sülhün bərqərar olunmasına qarşı çıxan ünsürlər tərəfindən BMT məkanlarının sui-istifadəsini qınayır. İcma həmçinin Ermənistan hökumətini Azərbaycanın ərazi bütövlüyünə qarşı çıxan Oskanyan kimilərinin destruktiv fəaliyyətinə imkan verməməyə çağırır”.

Twitter
Sizə yeni tvit var
Keçid et
Ağadadaş Ağayevi döyən şəxs saxlanıldı