Modern.az

Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı: “Bir millimetr belə...”

Paşinyan Azərbaycanla sülh müqaviləsindən danışdı: “Bir millimetr belə...”

Qərbi Azərbaycan

2 Oktyabr 2024, 17:28

"Ermənistan Respublikasının suveren ərazisinin 1 millimetri belə heç kimə təslim edilməyib".

Modern.az xəbər verir ki, bunu baş nazir Nikol Paşinyan oktyabrın 2-də parlamentin tribunasından bildirib.

“Əksinə, nəinki Ermənistan Respublikasının ərazi bütövlüyünə heç bir ziyan dəyməyib, həm də Ermənistan Respublikasının ərazi bütövlüyünün təməl daşı müəyyən edilib”, - Paşinyan vurğulayıb.

“Hayastan” fraksiyasının üzvü Artsvik Minasyanın “müxalifət deputatlarına sülh müqaviləsi layihəsi ilə tanış olmaq niyə qadağandır” sualına Nikol Paşinyan belə cavab verib:

“Mən şəxsi qərarımla sizə bu sənədlərlə tanış olmaq imkanı verdim. Siz tanış oldunuz, sonra sosial şəbəkələrdə mütləq reallıqla heç bir əlaqəsi olmayan yazılar yerləşdirdiniz, onları siyasi məqsədləriniz üçün manipulyasiya etdiniz. Sən get mətni oxu, sonra gəl nağıllar danış, biz də səssizcə izləməliyik, yoxsa nə?”.

O buna görə müxalifət deputatlarına layihə ilə bağlı qadağa qoyduğunu qeyd edib.

Baş nazir Nikol Paşinyan əmin edir ki, təklif olunan sülh sazişinin məzmunu ictimaiyyətə açıqlanıb.

“Mən müxtəlif hallarda həmin məqamlara istinad etmişəm, burada heç bir məxfilik məsələsi yoxdur, burada sadəcə diplomatik düzgünlük məsələsi var”, - deyə o, “Hayastan” fraksiyasının digər deputatı Artur Xaçatryana cavab olaraq bildirib.

“Sülh müqaviləsi layihəsində beynəlxalq diplomatik təcrübədən naməlum heç nə yoxdur”, - o deyib.

O bildirib ki, sülh müqaviləsi layihəsinin razılaşdırılmış 13 maddəsinin dərc olunması qarşı tərəfin bütün diplomatik normaların pozulduğunu bəyan etməsilə nəticələnər.

Paşinyanın sözlərinə görə, Ermənistan və Azərbaycan arasında müzakirə olunan sülh müqaviləsi layihəsin də digər məsələlərlə yanaşı, bu sazişin icrasının gedişinə nəzarət etmək üçün birgə komissiyanın yaradılması da nəzərdə tutulur.

Baş nazir vurğulayıb ki, BMT tribunasından çıxışı zamanı o, əslində hər şeyi açıqlayıb: burada söhbət diplomatik münasibətlərdən, sülh müqaviləsinin icrasına nəzarət üzrə ikitərəfli komissiyadan, bir-birinin ərazi bütövlüyünün qarşılıqlı tanınması və ərazi iddialarının olmamasından gedir.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu