Modern.az

"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!

"Qərbi Azərbaycan" prospekti, "İrəvan" meydanı yaradılsın!

Qərbi Azərbaycan

16 Oktyabr 2024, 16:32

Qərbi Azərbaycana,tarixi torpaqlarımıza-Zəngəzur Göyçəyə və İrəvana qayıdışla bağlı planlar var və ardıcıl və sistemli işlər görülür. Qərbi Azətbaycandakı toponimlərin, eləcə də "İrəvan" adının sizin də sualınıza cavab olaraq da Azərbaycanda hansısa yer adlarına, prospekt və ya küçələrə verilməsi normal qəbul edilməlidir. 

 

Modern.az-a açıqlamasında Qərbi Azərbaycan İcmasının Qadınlar Şurasının rəhbəri, deputat Məlahət İbrahimqızı bildirib ki, İrəvan tarixi Azərbaycan yurdudur və ermənilər də bunu çox yaxşı bilir:

 

“Hesab edirəm ki, bugün bütövlükdə Azərbaycan ictimaiyyəti üçün ümummilli məsələ kimi ən aktual məsələlərdən biri məhz Qərbi Azərbaycana sülh yolu ilə və ləyaqətli şəkildə qayıdışdır.Qərbi Azərbaycandan təkcə 1987-91-ci illərdə erməni vandalları tərəfindən 400 minə yaxın insan deportasiyaya məruz qalıb. Ermənilər nə qədər tarixi saxtalaşdırsalar, saxta monoqrafiyalar yazsalar da,Qərbi Azərbaycanı ermənilərin tarixi torpaqları adlandırmaq mümkün deyil. Ermənilər utanmadan İrəvanın 2806 illiyini keçirirlər. Bu o demək deyil ki, İrəvan erməni şəhəridir. Möhtərəm Prezidentimiz də dəfələrlə İrəvanın Azərbaycanın tarixi şəhərlərindən biri olduğunu bildirib. Tarixçilər bu istiqamətdə böyük tədqiqatlar aparıblar. Bu şəhərin də məhz nə üçün Rəvanqulu xanın adına adlandırılması da uydurma erməni tarixindən fərqli olaraq tarix gerçəklikdir.Bu günə qədər ermənilər orada klassik erməni mədəniyyətini, tarixini əks etdirən bir dəlil yoxdur. Dünyada nə qədər paytaxt varsa orada həmin xalqın tarixini, mədəniyyətini əks etdirən qədim memari abidələr olur. İrəvanda ermənilərə məxsus nə var ki? İnttiqa mərkəzli kilsə tikməklə olmur ki. Nə qədər saxtalaşdırmağa çalışsalar da bütün sübutlar əsassızdır. Üçmüədzin belə onlara məxsus deyil. Albanlardan, eləcə də zərdüştlərdən qalan Anahida məbədlərinin üzərində qurulmuş saxta kilsədir. Ermənilər hansısa əsərlərində İrəvanda olan bir məbəd, abidə göstərə bilmirlər ki, hansısa erməniyə məxsus olsun. Osmanlı və İran arxivlərində hətta bu şəhərin adı Rəvan Qalası, Rəvan və ya Rəvanqulu şəhəri, gedir. İrəvan şəhərinin möhürü də İrəvan xanın qalası, Təpəbaşı , Göy məscid kimi yüz illər yaşı olan tarixi binalardır".

 

Məlahət İbrahimqızı söyləyib ki, Azərbaycanın şəhər və ya rayonlarında küçə və ya prospektlərə birinə "İrəvan" da adının verilməsi təqdirəlayiq təşəbbüs olar:

 

"Bu mənada tarixi mirasımızın qorunması məqsədilə Qərbi Azərbaycana aid toponimlərin yer adlarına verilməsi təşəbbüsünü fəstəkləyirəm. Vaxtilə Bakıda İrəvan küçəsi və ya prospekti vardı. Düzdür bu Sovet ideologiyasının prinsipi idi. Göyçəni, Zəngəzuru doğma tutub, İrəvanı ögey tuta bilmərik. Göyçə bizə nə qədər əzizidirsə, İrəvan da bizə o qədər əzizdir. Biz Göyçəyə, Zəngəzura, İrəvana da sülh və ləyaqətli şəkildə, qayıdacağıq. Bu yaxınlarda Aşıq Ələsgərin Bakının ən mötəbər yerində abidəsi qoyulub. Dədə Qorqud və Koroğlu kimi Aşıq Ələsgər də türk dünyasının ortaq mirasıdır. Aşıq Ələsgərə abidə qoyulması Qərbi Azərbaycanın, Göyçə, Zəngəzur və İrəvanın Azərbaycanın tarixi mirası, torpağı olduğunun göstəricisidir. Lakin gənc nəsil tərəfindən unudulmaması üçün bu adların küçələrə, meydanlara verilməsini təqdirəlayiq hesab edirəm.

 

Bakıda hazırda İrəvan dövlət teatrı var. Qeyd etdiyim kimi vaxtilə İrəvan prospekti olub. Səhv etmirəmsə, bu, prospekt Nəsimi rayonu ərazisində yerləşir. Həmin ərazinin keçmiş adı bərpa olunub, “İrəvan” və ya Rəvanqulu Xan prospekti adlandırıla bilər”.

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti vəhşilik: Acığa görün nə etdilər?!