Modern.az

Xarici dilli elektron KİV-ə daha çox maliyyə dəstəyi verilməlidir - Komitə sədri

Xarici dilli elektron KİV-ə daha çox maliyyə dəstəyi verilməlidir - Komitə sədri

Qərbi Azərbaycan

10 Mart 2025, 11:48

Xarici dildə olan elektron KİV-lərə daha çox maliyyə vəsaiti ayrılmalıdır.

Modern.az xəbər verir ki, bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev deyib.

“Bu gün toylarda “İrəvanda xalq qalmadı” mahnısı oxudulursa, bu bizim üçün maraqlıdır. Bəs biz xarici auditoriyaya nə təqdim etməliyik? Bu baxımdan xarici dilli elektron KİV-lərə  daha çox maliyyə dəstəyi verilməlidir. Eyni zamanda kitabların yazılması məsələsi vacibdir. Sözlər danışılır kitablar qalır. Amma son vaxtlar yazılan kitablar bir-birini təkrar edir. Mən heç kimin əziyyətini yerə vurmaq niyyətində deyiləm. Amma bu belədir. Eyni zamanda biz tonumuzu bir qədər yumşaltmalıyıq. Qələbə ab-havası ilə vaxtında başqa tonda danışmışıq. Amma artıq torpaqlarımız azad edilib. Bizim əsas hədəfimiz isə məhz erməni ictimaiyyəti olmalıdır. Onlara izah etməliyik ki, Ermənistana qarşı hər hansı ərazi iddiamız yoxdur. Biz sadəcə Qərbi Azərbaycana, tarixi torpaqlarımıza qayıtmaq, bərpa etmək, qəbirlərimizi ziyarət etmək, lazımdırsa, orada yaşamaq istəyirik”.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
TƏCİLİ! - İsr@il şəhərlər və limanları raket atəşinə tutur