Modern.az

Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə onun adı verildi

Qərbi Azərbaycan İcmasının yerləşdiyi küçəyə onun adı verildi

Qərbi Azərbaycan

10 Aprel 2025, 22:38

Qərbi Azərbaycan İcmasının Bakıda əsas qərargahının yerləşdiyi küçənin adı dəyişdirilib.

 

Modern.az Teleqraf-a istinadən xəbər verir ki, küçəyə Mirzə Qədim İrəvaninin adı verilib.

 

Bura indiyədək Gülnarə Qədimbəyovanın adını daşıyırdı.

 

Qeyd edək ki, Mirzə Qədim İrəvani (Mirzə Qədim Məmmədhüseyn oğlu İrəvani) 4 dekabr 1825-ci ildə anadan olub.

 

O, Azərbaycan portretçisi və ornamentalist rəssamıdır. Azərbaycan panel rəssamlığının əsasını qoyub, yaradıcılığı Azərbaycanın yeni dövr təsviri sənətində vacib dəyişikliklə yadda qalıb.

 

Mirzə Qədim İrəvani 1875-ci ildə vəfat edib. Bu il rəssamın 200 illik yubileyidir.

 

Prezident İlham Əliyev fevralın 14-də Mirzə Qədim İrəvaninin 200 illiyinin qeyd edilməsi haqqında sərəncam imzalayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini dəli edəcək qərar - Rusiya TV-lərinin yayımı dayandırılır