Modern.az

“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

“Bu dəmir yolu bizə milyardlar gətirəcək” - Paşinyan Zəngəzur dəhlizindən danışdı

Qərbi Azərbaycan

12 Aprel 2025, 15:19

“Bizə sağ qalmaq yox, yaşamaq lazımdır”.

Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu sözləri baş nazir Nikol Paşinyan Zəngəzur vilayətinə səfəri zamanı Meğri icmasının Nüvədi kəndinin sakinləri ilə görüşündə bildirib (Nüvədi kəndinin adı 2006-cı ildə erməniləşdirilərək Nrnadzor edilib-red.)

"Bu dəmir yolu bizə zərər verməyəcək, əksinə, bizə milyardlarla mənfəət, təhlükəsizlik, suverenlik, ərazi bütövlüyü, yurisdiksiya və qarşılıqlılıq gətirəcək", - deyə Nikol Paşinyan Meğridən keçən dəmir yoluna işarə edərək bildirib.

Qeyd edək ki, Meğri dəmir yolu Azərbaycanın israrla açılmasını istədiyi Zəngəzur dəhlizindən keçir. Bu yolun aşılması ilə Azərbaycanın Qərb rayonlarının Naxçıvan MR-lə əlaqəsi təmin olunacaq

Whatsapp
Bizə yazın!
Keçid et
Rusiyadan təxribat - Moskvada Arsax bayrağı qaldırıldı