Modern.az

Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən MESAJ

Qərbi azərbaycanlıların qayıdışı reallaşana qədər... - Prezidentdən MESAJ

Qərbi Azərbaycan

21 May 2025, 12:11

Qərbi azərbaycanlıların qayıdış istəyi Ermənistana qarşı ərazi iddiası demək deyildir.

Modern.az xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin “Qərbi Azərbaycana qayıdış insan hüquqlarının aliliyinin mühüm şərti kimi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına məktubunda bildirilib.

“Ermənistan həmin istəyi bu formada təqdim etmək cəhdlərindən əl çəkməlidir. Qayıdış reallaşana qədər bu məsələ Azərbaycanın gündəliyindən çıxmayacaqdır. Təbii ki, öz yurdlarına dönəcək Qərbi azərbaycanlılara təhlükəsizlik zəmanəti də verilməlidir”, - dövlət başçısı vurğulayıb.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Paşinyandan gözlənilməz addım - Azərbaycanı təbrik etdi