Modern.az

Paşinyan Zəngəzur xəbərini təsdiqlədi: “Bəli, ABŞ-dan təkliflər almışıq”

Paşinyan Zəngəzur xəbərini təsdiqlədi: “Bəli, ABŞ-dan təkliflər almışıq”

Qərbi Azərbaycan

16 İyul 2025, 14:44

Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-ın Cənubi Qafqazda kommunikasiyaların açılması ilə bağlı təkliflər verdiyini təsdiqləyib.

Modern.az Armenpress-ə istinadən xəbər verir ki, bu barədə baş nazir mətbuat konfransında danışıb.

O vurğulayıb ki, Ermənistan Respublikasının ərazi bütövlüyü və suverenliyinin təmin edilməsi prinsipinə əməl olunmadan heç bir müzakirə mümkün deyil.

Jurnalistin Zəngəzur yoluna dair ABŞ-dan konkret təklif alıb-almamaları ilə bağlı sualına baş nazir belə cavab verib:

“Bəli, ABŞ-dan təkliflər almışıq”.

Eyni zamanda, Nikol Paşinyan qeyd edib ki, Ermənistan dost ölkələrdən müxtəlif təkliflər alıb və almaqda davam edir: “Bildirmək çox vacibdir ki, istənilən məsələ Ermənistan Respublikasının ərazi bütövlüyü, suverenliyi və yurisdiksiyası əsasında müzakirə olunur”, - Paşinyan fikrini yekunlaşdırıb.

 

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi