Bakıda “Qərbi Azərbaycan İrsi” kitabının təqdimatı keçirilib.
Modern.az xəbər verir ki, iyulun 24-də Nərimanov Rayon İcra Hakimiyyəti və Qərbi Azərbaycan İcmasının birgə təşkilatçılığı ilə “Qərbi Azərbaycan İrsi: Ermənistanda azərbaycanlıların maddi-mədəni irsinin – qəbiristanlıqların sistemli şəkildə dağıdılmasının nəticələri və beynəlxalq hüquqi məsuliyyətə dair hesabat və materiallar” kitabının I cildinin təqdimat mərasimi keçirilib.
Tədbirdə Milli Məclisinin deputatları, ictimai xadimlər və media təmsilçiləri iştirak ediblər.
Çıxış edənlər Ermənistan ərazisindəki azərbaycanlılara məxsus qəbiristanlıqların planlı şəkildə dağıdılmasının sənədlərlə sübut olunduğunu bildiriblər. Kitabda həmçinin beynəlxalq hüquq kontekstində bu dağıntıların doğurduğu məsuliyyətlərə dair materiallar da yer alır.