Modern.az

Paşinyan Zəngəzur dəhlizindən danışdı: Azərbaycanın üstünlüyü ondadır ki...

Paşinyan Zəngəzur dəhlizindən danışdı: Azərbaycanın üstünlüyü ondadır ki...

Qərbi Azərbaycan

21 Avqust 2025, 13:52

“Erməni-Amerika şirkəti Ermənistan ərazisindəki yola (Zəngəzur dəhlizi-red.) nəzarət etməyəcək, onu idarə edəcək, yəni biznesin idarə edilməsini həyata keçirəcək”.

Modern.az xəbər verir ki, bu barədə Ermənistanın baş naziri Nikol Paşinyan avqustun 21-də jurnalistlərə açıqlamasında bildirib.

Baş nazir deyib ki, “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlanacaq yol Ermənistanın yurisdiksiyasında olacaq. Onun sözlərinə görə, bu marşrutun işə salınması 5 prinsip əsasında reallaşacaq: suverenlik, yurisdiksiya, ərazi bütövlüyü, sərhədlərin toxunulmazlığı və qarşılıqlılıq.

“Mən qarşılıqlılıq prinsipinə, qarşılıqlı fayda prinsipinə diqqət yetirmək istəyirəm. Biz heç vaxt deməmişik ki, Azərbaycanın əsas hissəsi ilə Naxçıvan arasında əlaqə üçün maneələr yaradacağıq”, - deyə baş nazir vurğulayıb.

O izah edib ki, Vaşinqton Bəyannaməsində qeyd olunub ki, Azərbaycanın üstünlüyü yuxarıda qeyd olunan prinsiplər çərçivəsində bu əlaqənin olmasındadır. Ermənistanın üstünlüyü isə ölkənin bir hissəsini ölkənin digər hissəsi ilə, həmçinin üçüncü ölkələrlə əlaqə yaratmasındadır.

Avqustun 8-də Ağ Evdə imzalanan Birgə Bəyannaməyə əsasən, Zəngəzur dəhlizi ABŞ şirkəti tərəfindən idarə olunacaq. “Beynəlxalq Sülh və Rifah naminə Tramp Marşrutu” (TRIPP) adlandırılan dəhliz 99 illiyə ABŞ şirkətinə icarəyə verilib.

Bu dəhliz vasitəsilə Azərbaycan həm Naxçıvana birbaşa gediş-gəliş əldə edəcək, həm də beynəlxalq yüklər daha qısa məsafə ilə daşınacaq.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Türkiyədən Zəngəzurla bağlı mühüm açıqlama: Bu tarixdə...