Modern.az

"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var  

"Baku Bus"un avtobusu ağır qəza törətdi: ölən var   

10 Yanvar 2017, 11:05

Dünən axşam saatlarında Bakıda ağır yol qəzası baş verib.

Modern.az Lent.az-a istinadən xəbər verir ki, 8-ci mikrorayon, Cəfər Xəndan küçəsində "BakuBus”a məxsus 8 saylı marşrut xətti ilə hərəkət edən "İveco” markalı, 99 JH 118 dövlət nömrə nişanlı sərnişin avtobusu ilə "Nissan Qasqai” toqquşub.

Nəticədə avtomobili idarə edən 1967-ci il təvəllüdlü Sevda İsmayılova ağır xəsarətlər alıb. Həkimlər onun həyatını xilas edə bilməyib.

Faktla bağlı Binəqədi rayon Polis İdarəsində cinayət işi açılıb.

 

Modern.az

Sizə yeni x var
Keçid et
Rusiyadan növbəti VƏHŞİLİK - Namaz qılanlara hücum