Modern.az

Ramazan ayı başlayır - İlk gün üçün dua, imsak və iftar vaxtı

Ramazan ayı başlayır - İlk gün üçün dua, imsak və iftar vaxtı

16 May 2018, 21:25

Sabah Ramazan ayının ilk günüdür.

 

Modern.az-ın  məlumatına görə, Qafqaz Müsəlmanları İdarəsinin açıqladığı Ramazan təqviminə əsasən, mayın 17-də Bakıda imsak saat 03:41, iftar isə saat 20:07-dədir.

Birinci günün duası:

"Allahumməc-əl siyami fihi siyaməs-saiminə və qiyami fihi qiyaməl-qaimin. Və nəbbihni fihi ən növmətil-ğafilin. Vəhəb li cürmi fihi ya ilahəl-aləmin. Və-fu ənni ya afiyən ənil-mücrimin".

 

Tərcüməsi:

"İlahi, mənim orucumu oruc tutanların orucundan, namazımı gecə-gündüz namaz qılanların namazından hesab et, məni qəflət yuxusundan oyat. Bu ayda günahımı bağışla, ey Aləmlərin Rəbbi. Məni əfv et, ey günahkarları əfv edən Allah!"

Allah orucunuzu qəbul etsin!

 

 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi