Modern.az

Arif Hacılıya, Məhəmməd Məcidliyə, Tural Abbaslıya, Fuad Qəhrəmanlıya hökm oxundu

Arif Hacılıya, Məhəmməd Məcidliyə, Tural Abbaslıya, Fuad Qəhrəmanlıya hökm oxundu

Təhsil

3 Oktyabr 2011, 15:45


Bu gün Səbail rayon Məhkəməsində İctimai Palatanın 2 aprel aksiyasında həbs olunan şəxslərin  - Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, Azərbaycan Xalq Cəbhəsi Partiyasının şöbə müdiri Məhəmməd Məcidli, Müsavat Partiyası Gənclər Təşkilatının sədri Tural Abbaslı və AXCP sədrinin müavini Fuad Qəhrəmanlının məhkəməsi yekunlaşıb.

Məhkəmənin hökmü ilə Arif Hacılı, Məhəmməd Məcidli və Tural Abbaslı 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunublar, Fuad Qəhrəmanlıya isə 2 il şərti iş verilib.

Hökmdən narazı qalan müxalifət tərəfdarları proses yekunlaşan kimi Səbail məhkəməsinin qarşısında «Azadlıq!» şüarı səsləndirirlər. Polislə onlar arasında qarşıdurma baş verib.

"Azadlıq" radiosunun məlumatına görə, məhkəmənin qərarına etiraz olaraq gənc yazıçılar Əli Əkbər, Seymur Baycan və Elnur Astanbəyli Müsavat Partiyasına üzv olublar.

Bu haqda məlumatı təsdiqləyən Əli Əkbər verib:

«Səbəb müstəqilliyin, istiqlalın qazanılmasına imza atmış, 100 yaşı tamamlanan Müsavat Partiyasının rəhbərliyində olan bir şəxsin həbsinə etirazdır. Son ana qədər biz ümid edirdik ki, hakimiyyət belə addım atmaz. Amma vəziyyət daha ağırmış. Məqsəd dəyərləri ucuzlaşdırmaq, gözdən salmaqdırsa, biz də bu cür addım atırıq».

Modern.az

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər