Modern.az

DİN: “Təhdidlərə məruz qalan həmin şəxs “102” ilə yanaşı, Polis şöbəsinə də müraciət esin”

DİN: “Təhdidlərə məruz qalan həmin şəxs “102” ilə yanaşı, Polis şöbəsinə də müraciət esin”

Təhsil

9 Yanvar 2012, 15:33

Xırdalan şəhərində iki nişanlı çəxsin evlənməsinə mane olan üçüncü tərəf var. Xeyli vaxtdır nişanlı olan Xaxıyev Pərviz Hakim oğlu ilə Cəfərova Səkinə İbiş qızının fevralın 1-də evlənməsi gözlənilir.

Lakin bu cütlüyün evlənməsini istəməyən bir nəfər evli şəxs Pərvizi dəfələrlə restorana aparıb müxtəlif formada təhdidlərə məruz qoyub.

Bu barədə Modern.az saytına Səkinə Cəfərova məlumat verib.

Şikayətçi deyib ki, bu işdə onları təhdid edən şəxsə Dövlət Yol Polisində alay komandirinin müavini işləyən Şamil Sövdəliyev də kömək göstərir.

Səkinə Cəfərova bildirib ki, nişanlısı təhdidlə bağlı bir neçə dəfə Daxili İşlər Nazirliyinin “102 xidməti”nə məlumat verib. Lakin bütün bunlara baxmayaraq təhdidlər davam edir. Bunun nəticəsində qızın nişanlısı gizlənmək məcburiyyətində qalıb.

Modern.az məsələyə münasibət öyrənmək üçün Daxili İşlər Nazirliyi ilə əlaqə saxlayıb. Nazirliyinin mətbuat xidmətinin rəis müavini Ehsan Zahidov bildirib ki, təhdidlərə məruz qalan şəxs “102 xidməti”nə müraciət etməklə yanaşı, yaşadığı ərazisinin Polis şöbəsinə də gedib ərizə ilə müraciət etməlidir.

“Qeyd edirsiniz ki, həmin şəxs Xırdalanda qalır və əgər o, həqiqətən yaşayışı üçün təhlükə olduğunu fikirlərşirsə, o zaman Abşeron rayon Polis şöbəsinə müraciət etməlidir. Müraciətə uyğun olaraq araşdırma aparılacaq. Araşdırmanın nəticələrindən asılı olaraq müvafiq tədbirlər görüləcək”.

Xaxıyev Pərviz  tərəfindən “102” xidmətinə müraciətin daxil olduğunu təsdiqləyən Ehsan Zahidov bildirib ki, məlumat dərhal aidiyyatı üzrə Nizami rayon 24-cü polis bölməsinə ötürülüb və qeydiyyata alınıb.

“Daha sonra Xaxıyevin özü polis bölməsinə dəvət olunub, dinlənilib və ərizə yazması bildirilib. O da söz verib ki, gəlib ərizəni yazacaq” deyə sonda mətbuat xidmətinin rəis müavini əlavə edib.

Modern.az

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi