Ermənistanın keçmiş müdafiə naziri Vaqarşak Arutyunyan Rusiyaya səfir təyin edilib.
Modern.az Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu barədə Ermənistan prezidenti Armen Sarkisyan sərəncam imzalayıb.
Ermənistanın müdafiə naziri Vaqarşak Arutyunyan iyulun 20-də istefa verib. Son zamanlar mediada onun səfir təyin olunması ilə bağlı şayiələr aktiv şəkildə yayılırdı.