Modern.az

Bu dünyada heç kim mələk deyil

Bu dünyada heç  kim mələk deyil

6 Yanvar 2013, 13:30

Vahid Məmmədlinin por­tre­ti­nə cizgilər

Qə­dim El­la­da­da­kı şə­hər-döv­lət­lər­də­ki de­mi­urq­lar quş­la­rın uçu­şu­na ba­xar, son­ra hə­min uçuş­lar və qa­nad­lı­la­rın sə­ma­da­kı dav­ra­nış­la­rı əsa­sın­da in­san­la­rın və şə­hər­lə­rin ta­le­lə­ri­ni təx­min­lə­mə­yə ça­lı­şar­dı­lar. Doğrudur, “De­mos” və “po­lis”in təx­min­lə­nən gə­lə­cə­yi ba­rə­də de­yi­lən­lə­rin ək­sə­riy­yə­ti son­ra­dan özü­nü doğ­rult­ma­sa da, ancaq Afi­na­nın ən məş­hur de­mi­ur­qu Kse­lo­sun bir de­yi­mi ta­rix­də ya­şa­dı: “Hər kəs do­ğul­du­ğu gün­dən eti­ba­rən hə­yat evi­nin di­va­rı­nı özü hö­rür: nə bəx­tə­vər o in­sa­na ki, bü­tün ağ­rı­la­ra və it­ki­lə­rə rəğ­mən kə­nar­da­kı­la­rın gö­zün­də xoş­bəxt­lə­rin xoş­bəx­ti sa­yı­lır - hal­bu­ki onun ha­lı­nı sə­hə­rə­dək oyaq qal­dı­ğı, fi­kir­dən qıv­rıl­dı­ğı ge­cə­lər­dən so­ruş­maq gə­rək­dir”.

Əlbəttə ki, bu gün haqqında yazdığım Vahid Məmmədli do­ğu­lan­da nə de­mi­urq var­dı, nə də yu­nan mə­də­niy­yə­ti. Amma onun şəx­si key­fiy­yət­lə­ri­ni sə­ciy­yə­lən­dir­mək üçün cəmisi bircə kəl­mə bəs edir: ger­çək in­san­dır. Dost­la­rı və ya­xın­la­rı ilə ba­həm, tə­sa­dü­fi ta­nış­la­rı­na­dək hər kəs onun xe­yir­xah­lı­ğı, sə­mi­mi­li­yi və dər­di bö­lüş­mək ba­ca­rı­ğın­dan da­nı­şır.

Vahid müəllimin do­ğul­du­ğu, ça­lış­dı­ğı və ya­şa­dı­ğı mə­kan­lar fərq­li ol­sa da, ora­lar­da dav­ra­nı­şı ey­ni­dir: ədalətli olmaq, kö­mək­si­zə kö­mək, yar­dım­sı­za yar­dım…

Qarabağın məşhur bəylərindən biri - Haqverdi bəy Kərimbəyovun nəticəsi olan V.Məmmədli əslən Bərdə rayonunun Kərimbəyli kəndindən, müqəddəs Köyəlli Baba nəslindədir. 1965–ci ilin bu günündə Qazax şəhərində anadan olub. 1992-ci ildə Rusiyanın Tver Dövlət Universitetinin hüquq fakultəsini fərqlənmə diplomu ilə bitirib. Azərbaycan Respublikası Baş Prokurorluğunun prokurorluqda istintaqa nəzarət idarəsinin prokuroru vəzifəsində çalışıb. Beynəlxalq Hüquqşünaslar Assosiyasiyasının üzvüdür. Hazırda Yardımlı rayon prokurorudur.

V.Məmmədli Avropanın və Rusiyanın ən böyük nəşriyyatı sayılan “Eksmo” nəşriyyatının müəlliflərindən biri olmaqla, Rusiyada və Azərbaycanda bestsellerə çevrilən bədii ədəbiyyat nümunələrinin müəllifi kimi tanınır. Rusiyanın ilk qansız döyüş romanının – “Tunc Allahın yükü”, Azərbaycanda isə fentezi janrında yazılmış ilk əsər olan "Atropatena dastanı" trilogiyasının da müəllifidir.

19 kitabın müəllifi V.Məmmədlinin əsərləri Rusiyada, Türkiyədə, İngiltərədə, Fransada, Avstriyada, Almaniyada, Yunanıstanda, Çexiyada, Hindistanda, Misirdə və dıgər ölkələrdə çap olunub. Londonda Qafqazla bağlı nəşr olunan “Cənubi Qafqaz” jurnalında “Azərbaycanın pərəstiş olunan yazıçısı” kimi təqdim olunub. Rusiyada Vlad Mamişov təxəllüsü ilə yazıb...

Vahid müəllimin bir prokuror olaraq hadisələri yazıçı gözü ilə dəyərləndirməsi, əslində qanunun aliliyinin üstün tutulmasına gətirib çıxarır. Özünün dediyi kimi, bu həm də vətəndaşlarımız üçün də yaxşı olur: “Mənim prokuror olmağım yazıçılığıma və ya yazıçılığım prokuror olmağıma hər hansı maneçilik törətməyib. Bəzən görürsən ki, apardığım cinayət işlərinin iştirakçıları əsərimin qəhrəmanlarından biri və ya bir çoxu müəyyən bir əsərin yaranmasına səbəb olur”.

Vahid Məmmədli yaradıcılığında cə­miy­yə­tə “yaşamaq olmur” əza­bı­nı sırımaq əvəzinə, “necə və nə cür” yaşamaq yol­la­rı­nı göstərən tezisləri qızıl xətt kimi keçir. Özü də belə hesab edir ki, vaxtımı boş şeylərə deyil, gözəl əsərlər yazmağa həsr edəndə daxilən rahatlıq tapır: “Mən yaradıcılıqla həmişə ciddi şəkildə məşğul olmuşam, yazmaq mənim üçün bütün məşğuliyyətlərdən cəlbedicidir. Həm də yaradıcılıqla məşğul olan adam gərək onun zirvəsinə qalxmağı da bacarsın. Hesab edirəm ki, mən də məşğul olduğum yaradıcılıq sahəsində mümkün olanları müəyyən qədər əldə etmişəm. Mən Allahıma həmişə belə bir dua edərdim: “İlahi, məni çoxluğun arasında tək qoyma””.

Vahid müəllimin fikrincə, əsil yazıçı odur ki, ədəbiyyatda elədiyi yeniliklərlə yadda qalsin. Məhz buna görə də o bir yazıçı olaraq ilk dəfə azərbaycanlı qəhrəmanını Azərbaycan mühitindən ayırırb dünya miqyasına çıxarıb. İlk qansız döyüş romanının qəhrəmanı Tunc mələyi sevənlər Azərbaycanı sevirlər. Eyni zamanda, tarixən “Dədə Qorqud” və “Koroğlu”dan da qədim olan “Atropatena dastanı” yeganə müasir dastan nümunəsidir. BuradaAlbaniya və Atropatena dövrünün mahnı dastanları öz əksini tapıb. Maraqlı magiyalar və sehrlərlə, yeni nağıl və fantastik qəhrəmanlarla, macəra, detektiv və döyüş səhnələri ilə zəngindir, 11 ölkədə çap olunub.

Vahid müəllimin 48 yaşının tamamında həyat haqqındakı düşüncələri də çox maraqlıdır. Nə qədər keşməkeşli və əziyyətli həyat yolu keçsə də, çəkdiyi əzab-əziyyətlərin hesabına məqsədinə nail olmağı bacarıb. Axı  “Bu dünyada heç  kim mələk deyil. Hərənin də öz qoruyucu mələyi var. Başqaları üçün özlərini fəda edənlər mələklərdən də üstündürlər…”

Eynən Vahid Məmmədli kimi.

Vahid müəllim bu gün öm­rü­nün növ­bə­ti doğum gününü dostlarının, yaxınlarının əha­tə­sin­də qeyd edir. Bu mə­na­lı ömür yol­la­rın­da Vahid mü­əl­limə uzun ömür, prokurorluq fəaliyyətində uğurlar, ədəbi yaradıcılığında qarşıya qoyduğu hədəflərə çatmaqda əzm, iradə ar­zu­la­yı­ram.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Deputatın bu çıxışı ölkəni qarışdırdı: Başkəndi ermənilərə verək!