Modern.az

Amfibiya təyyarəsi Türkiyəyə yola düşdü

Amfibiya təyyarəsi Türkiyəyə yola düşdü

Aktual

23 İyun 2022, 17:02

Türkiyə Respublikasının Muğla bölgəsində hazırda meşə yanğınları davam edir. Yanğınların söndürlməsində iştirak etmək üçün birbaşa Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq, Azərbaycan Fövqəladə Hallar Nazirliyinə məxsus “BE-200ÇS” amfibiya tipli təyyarəsi 10 nəfərlik heyətlə Türkiyə Respublikasının Muğla bölgəsinin Dalaman Hava Limanına yola düşüb.

 

Modern.az-ın məlumatına görə, təyyarə bu gündən etibarən Türkiyədə baş verən yanğınların söndürülməsində iştirak edəcək.

 

Sözügedən təyyarə suyun üzərində durmadan 18-20 saniyə ərzində 12 tona yaxın sugötürmə qabiliyyətinə malikdir.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI