Modern.az

Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib

Sahibə Qafarova Türkiyənin İstanbul şəhərinə işgüzar səfərə gəlib

Parlament

20 İyul 2022, 19:18

İyulun 20-də Milli Məclisin sədri Sahibə Qafarovanın başçılığı ilə parlament nümayəndə heyəti Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşündə iştirak etmək üçün Türkiyə Respublikasının İstanbul şəhərinə işgüzar səfərə gəlib.

 

Modern.az xəbər verir ki, İstanbulun Atatürk Beynəlxalq Hava Limanında nümayəndə heyətini Türkiyə Böyük Millət Məclisinin Azərbaycanla dostluq qrupunun rəhbəri Şamil Ayrım, Azərbaycanın İstanbuldakı baş konsulu Nərminə Mustafayeva və digər rəsmi şəxslər qarşılayıblar.

 

Milli Məclisin sədri iyulun 21-də burada keçiriləcək Azərbaycan-Pakistan-Türkiyə Parlament Sədrlərinin İkinci Üçtərəfli Görüşünə qatılacaq və bir sıra ikitərəfli görüşlər keçirəcək.

 

İşgüzar səfər iyulun 22-də başa çatacaq.

Sizə yeni x var
Keçid et
Deputatlar Rusiyaya getməyəcək - Zelenskinin bunkeri vuruldu