Modern.az

JTI şirkəti Avropada üçüncü “Ən Yaxşı İşəgötürən” seçilib

JTI şirkəti Avropada üçüncü “Ən Yaxşı İşəgötürən” seçilib

Təhsil

12 Mart 2014, 18:06
Modern.az-ın məlumatına görə, JTI (Japan Tobacco International) şirkəti Londonda keçirilən mərasimdə Avropada üçüncü “Ən Yaxşı İşə götürən” mükafatına layiq görülüb. JTI-ın Avropada və onun hüdudlarından kənarda yerləşən 25 ofisi insanların idarə edilməsində əldə edilən nailiyyətlərə görə Ən Yaxşı İşə götürənlər İnstitutu tərəfindən təltif edilib. Bu sahədə aparılan sorğunun nəticələri “Grant Thornton” şirkətinin apardığı müstəqil audit vasitəsilə də təsdiq edilib.  

“JTI-ın “Ən Yaxşı İşə götürən” mükafatına layiq görülüb ofislərinin sayı ötən ilə nisbətən az qala iki dəfə artıb”, JTI şirkətinin İnsan Resursları üzrə Birinci Vitse-Prezidenti Jörq Şappey deyib. “Çoxsaylı ölkələrdə belə mükafatalmağımızla qürur duyuruq. Bu, dünyada insane resursları bölməsinin rəhbərlərinin işçiləri cəlb etmək, onları saxlamaq və inkişaf etdirmək istiqamətində göstərdiyi uğurlu səylərin göstəricisidir”, o, əlavə edib.

  Cənab Şappey proses və vasitələrin harmonizasiyasının JTI-ın İnsan Resursları siyasətinin dəstəklənməsində vacib rol oynadığını qeyd edir. “İstedadların idarə edilməsi – lazımi adamların lazımi yerlərdə olmasını təmin etmək bizim strategiyamızın ən mühüm hissəsidir. Biz şirkət üçün işə götürmə, təlim və inkişaf və işdə irəliçəkilməyin planlaşdırılması baxımından ən yüksək standartlar müəyyən edilib. Son illər ərzində biz İnsan Resursları praktikasında ardıcıllıq və şəffaflığı təmin etmək məqsədilə əhəmiyyətli dərəcədə böyük resurslar sərf edilib. Bizim işçilərimiz bu yanaşmanın kökündə dayanır. Bu, səmərəli karyera və işçilərini idarəetmə vasitəsi olan onlayn platformamız vasitəsilə dəstəklənir”.  

JTI şirkətinin yeni təyin olunmuş Prezidenti və Baş İcraçı Direktoru Tomas A. Makkoy deyir ki, İnsan Resursları strategiyaları işçiləri özlərini şirkətdə necə hiss etmələrinə və necə etmələrinə ciddi təsir göstərir.Bu, şirkətin missiyası və məqsədlərinə nail olmaq məqsədilə işə sadiqlik və bağlılığın səviyyəsini göstərir. “Bizim işçilərimiz bizim elçilərimizdir. Onlar JTI-ın nüfuzunu qoruyurlar.“ƏnYaxşı İşə götürən” mükafatı həmin işçilərin sadiqliyi və gərgin əməyinin qəbul edilməsidir”, o qeyd edib.

 

 

  Modern.az  


     
Sizə yeni x var
Keçid et
GƏRGİN DEBAT! Mehdiyevin Rusiyayla əlaqəsini KƏSDİLƏR - Halı PİSLƏŞDİ