Modern.az

Füzulinin yaşı 80-ni ötmüş heç bir sakini sağ deyil - İşğal olunmuş rayonların uzunömürlüləri...

Füzulinin yaşı 80-ni ötmüş heç bir sakini sağ deyil - İşğal olunmuş rayonların uzunömürlüləri...

11 Aprel 2014, 12:25

Modern.az saytı Azərbaycanın işğal olunmuş rayonlarının uzunömürlü sakinləri ilə bağlı araşdırma aparıb. Araşdırma zamanı işğal olunmuş rayonların İcra hakimiyyətləri yaşı 100-də yuxarı olan sakinlər barədə saytımıza ətraflı məlumat veriblər. Yalnız Füzuli rayonu İcra Hakimiyyətindən bildirilib ki, bu rayonun uzunömürlü sakini yoxdur.  

Füzuli rayonu İcra Hakimiyyətindən Modern.az saytına verilən məlumatda o da qeyd edilib ki, hazırda nəinki yaşı 100-dən yuxarı, hətta yaşı 80-ni ötmüş heç bir füzulili həyatda deyil.

Rayon rəsmiləri bunu işğal faktoru, insanların uzun illərdir doğma torpaqlardan uzaqda və cəbhə bölgəsində stress, psixoloji problemlərlə yanaşı yaşamaqları, çətin həyat şəraiti və digər amillərlə əlaqələndiriblər.

Qeyd edək ki, Modern.az Azərbaycanın işğal olunmuş digər rayonlarının uzunömürlü sakinləri ilə bağlı hazırladığı ayrıca yazını da oxuculara təqdim edəcək.

A.Qorxmaz

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putini saymadılar - Paşinyandan Rusiya liderinə mesaj