Qidalarla bağlı ingilislərin məşhur bir ifadəsi var: “Gündə bir alma yeyən həkimə gedən yolları tanımaz”. Bu ifadəni elə alma sirkəsinə də şamil etmək olar. Çünki almanın bütün faydalı xüsusiyyətləri alma sirkəsində də var.
Modern.az alma sirkəsinin bilmədiyimiz faydalarından bəhs edir.
Hələ qədim zamanlardan xalq təbabətində geniş istifadə olunan alma sirkəsinin orqanizm üçün saysız hesabsız faydaları var.
Alma sirkəsi maddələr mübadiləsinin normallaşdıran ən yaxşı vasitələrdən biridir.
Onun ən faydalı xüsusiyyətlərindən biri odur ki, o orqanizmin qəbul etdiyi karbohidratların və yağların parçalanmasına yardımçı olur.
Sinir sisteminə müsbət təsir göstərir.
Anemiya, qanazlığı zamanı xeyirlidir.
İltihab əleyhinə güclü vasitədir.
Həzmi asanlaşdırır.
Alma sirkəsinin qəbulu yorğunluğu və gərginliyi aradan qaldırır.
Yatmazdan əvvəl bir stəkan suya bir çay qaşığı alma sirkəsi əlavə edilib içilərsə rahat yuxu gətirər.
Alma sirkəsi iştəhanı aşağı salır və şirniyyat məmulatlarına olan həvəsi azaldır. Buna görə də artıq çəkidən yaxa qurtarmaq, arıqlamaq istəyənlər üçün alma sirkəsindən istifadə etmək məsləhət görülür. Bunun üçün səhərlər ac qarnına 1 stəkan suya 1 xörək qaşıgı alma sirkəsi və və eyni miqdarda bal qarışdırıb içmək lazımdır.
Müntəzəm istifadə olunduqda dərinin rəngi açılır və gümrah görünür.
Alma sirkəsini şəkərli diabet xəstələri üçün təbii dərman vasitəsi saymaq olar. O, qanda şəkərin səviyyəsini neytrallaşdırır.
Saçlarda olan kəpəklərə qarşı alma sirkəsindən istifadə etmək olar. Saçlar yuyulduqdan sonra alma sirkəsi əlavə edilmiş su ilə yaxalanarsa kəpəklər azalar və bu saşlara xüsusi parıltı verər.
Nəzərə almaq lazımdır ki, ev şəraitində hazırlanmış alma sirkəsinə üstünlük verilməlidir. Çünki satışda olan alma sirkələrinə əlavələrin qatılması ehtimalı böyükdür.
Alma sirkəsindən mədə xəstəlikləri olan insanlar məhdudiyyətlə istifadə etməlidirlər. Ümumiyyətlə alma sirkəsindən müalicə məqsədilə istifadə edərkən həkimlə məsləhət mütləqdir.
İlham Cəmiloğlu