Modern.az

Heyvanlarla yaşayan 10 adam - Müasir mauqlilər - MARAQLI

Heyvanlarla yaşayan 10 adam - Müasir mauqlilər - MARAQLI

Təhsil

21 Fevral 2015, 14:30

Heyvanlarla insanların dostluğu hər zaman maraqlı məqamları ilə yadda qalıb. Maraqlı cəhətlərdən biri də heyvanlarda sadiqliyin maksimal həddə olmasıdır. Bir vaxtlar ekranlarda uğur qazanan və deyilənlərə görə, real həyat hadisələri fonunda çəkilən “Mauqli” filmində (eləcə də kitabında) bunu görmək olar.

Amma Mauqli tək deyil, heyvanlar arasında böyüyən başqa insanlar da var. Modern.az bu yazıda onların 10-nu təqdim edəcək:


1. Fransada  yalnız vəhşi təbiət çəkilişini qarşıya məqsəd qoyan bir fotoqraf cütlüyün qız övladı Tippi Degre valideynlərinin gəzdiyi bütün Afrika savannaları, Cənubi Amerika meşələrində özünə sadiq dostlar tapmışdı. Uşaqlığının çox hissəsini Afrika meşələrində keçirən Tippi  fil, leopard, zürafə və zebra balaları ilə oynayırdı. Çox keçmir ki, vəhşi təbiət sakinləri kiçik qızcığazla dostlaşır. Heyvanlar ona xəsarət belə yetirmirdilər. Tippi isə hətta onlarla necə ünsiyyət qurmağı belə öyrənmişdi.


2. Ayı vurğunu olan Timati Tredvel heyvanat parklarının birində 13 ilə yaxın ayılarla vaxt keçirib. O, nəinki ayılardan qorxmur, hətta onların yanında balalarını qucağına alır və ayılarla oynayırdı. Timotinin ayılarla münasibəti uzun müddət medianın da diqqətini cəlb edib. Macərapərəst və ayı vurğunu olan  səyahətçi  elə ayıların da qurbanı olur. Belə ki, o, rəfiqəsinin gözləri qabağında ayılar tərəfindən parçalanır. 46 yaşlı Tredvel özünün boz rəngli dost ayıları ilə başqa ayı qrupunu dəyişik salaraq onlarla əylənməyə cəhd etmişdi.


3. Saun Ellis canavarlarla bağlı apardığı araşdırmalar zamanı uzun müddət bu heyvan sürüsünün qonşuluğunda məskunlaşmalı olub. Balaca canavar balalarını bəsləyib böyüdən Ellis bir müddət onların əsirliyində də yaşayıb. Amerikanın vəhşi heyvanat parkında qurdlara yaxınlaşmaq və bəzi bilgiləri əldə etmək üçün Ellis canavar hərəkətlərini, davranışlarını da mənimsəyib.


4. Ceyn Qudal şimpanze meymunlarının qəbul edib özlərinə yaxın buraxdığı demək olar yeganə insandır. O 30 il Tanzaniya meşələrində şimpanzeləri öyrənmək və gizli tərəflərini üzə çıxarmaq üçün onlarla çox simsar həyat tərzi keçirir. İnsanlardan qaçan və onlara müdafiə olunmaq üçün hücum edən şimpanzelər Qudalı qucaqlayır ondan ayrı qalmaq istəmirdilər. Qudal da öz növbəsində apardığı araşdırmalarında şimpanzeləri dünyaya daha yaxından tanıtmağa nail oldu.


5. Afrikanın kasıb və diqqətdən kənar ölkələrinin birinin sakini olan Con Sabunya hələ 3 yaşında olarkən atası anasını öldürür və yoxa çıxır. Kimsəsiz qalan 3 yaşlı körpə bilmədən meşəyə gedir. Aclıq və xəstəlik onun huşunu itirib yıxılmasına səbəb olsa da, onu xilas edənlər tapılır. Meymunlar onu müdafiə etməklə yanaşı, balaca uşağın qidası üçün meyvə və ağac kökləri gətirirdilər. Bundan əlavə, Sabunyaya özünü müdafiə etmə üsulları və ağacdan-ağaca tullanmağı da öyrətmişdilər. Lakin günlərin birində kəndlilərin meşədən tapdıqları oğlan yenidən insanların arasına qaytarılır. Onu çox çətinliklə insan cəmiyyətinə uyğunlaşdırmaq mümkün olur. Amma fakt bundan ibarətdir ki, insanların az qala məhv edəcəyi Sabunyanı heyvanlar xilas etmişdi...


6. Ceyms Cablon vəhşi heyvanları sağaltmaqdan ötrü təsis etdiyi düşərgədə bir ay boyunca şirlərlə eyni qəfəsdə qalır. Bu təhlükəli addımın iki səbəbi var idi: birincisi Ceyms xəstə şirləri mütəmadi müayinə etmək, ikincisi isə onlarla eyni qəfəsdə qalmaqla publikanın diqqətini daha çox cəlb edib heyvanlar üçün pul toplamaq istəyirdi. Belə də olur. 4 həftə ərzində bütün Amerika mediasının diqqəti qəfəsdə şirlərlə yeyən, yatan Cablonun yanında olur. Bu müddət ərzində 75 min dollar pul toplaya bilir.


7. Heyvanların psixologiya və davranışları üzrə tədqiqatlar aparan Diana Fossey də nəhəng meymunların sevimlisinə çevrilmişdi. Uzun müddət Konqo və Ruanda kimi diqqətdən kənar ölkələrdə meymunlarla bərabər yaşayan xanım dünyada meymunların psixologiya və davranış qaydalarını bilən ən yaxşı mütəxəssislərdən sayılırdı. Amma qorillaların qorunması üçün açıq şəkildə fəaliyyət göstərən xanım Fassey müəmmalı şəkildə 1985-ci ildə yataq otağında öldürülüb. Ruanda məhkəməsi qatili tapa bilməyib.


8. Rumıniyada Trasin Kaldarar adlı bir uşaq 3-4 yaşlarında atasının heyvani hərəkətlərindən qurtulmaq üçün məhz heyvanların yanına qaçmalı olur. Küçə itləri 4 yaşlı oğlanı soyuqdan qoruyurlar və onu 7 yaşına qədər saxlayırlar. 2002-ci ildə polislər Kaldararı tapanda yaşıdlarından tamamilə fərqlənir və danışmaq əvəzinə mırıldayırdı.


9. Uşaq vaxtı fermerlər tərəfindən işçi qüvvəsi kimi ailəsindən satın alınan Rodrigez Pantoja həmin fermer ailəsi rəhmətə gedəndən sonra təkbaşına qalır. Əvvəlcə dovşan ovlayıb, inəkləri sağmaqla dolanan Pantojanın aqibəti get-gedə pisləşir. Bu zaman bir qurd öz balaları ilə bərabər onu da bəsləyir. Beləcə Pantoja 12 il canavarlar arasında yaşayır. Bir polis təsadüfən onu tapıb çətinliklə insanların arasında qaytarır. Pantoja hazırda ucqar bir kənddə yaşayır.


10. Kolumbiyalı Mariana Çapman oğrular tərəfindən edilən basqından sonra onlar tərəfindən oğurlanaraq meşədə buraxılır. O zaman Mariananın 5 yaşı var idi. Balaca qız uşağını yenə də meymunlar xilas edir. Onlar uzun müddət Marini qidalandırır və onu özləri ilə bərabər saxlayırlar. 4 il onlarla yaşayan qız axırda ünsiyyəti və iki ayaq üstə yerimə qabiliyyətini də itirir.  Bir gün ovçular Mariananı tapır və onu aidiyyəti orqanlara təhvil verir. Onu əhliləşdirmək çox gec olur. Amma indi Mariana nənədir. İki qızı, nəvələri və mehriban ailəsi var.

Elmin NURİ

Telegram
Hadisələri anında izləyin!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər