Modern.az

Yaqub Mahmudov: "Bayrağı qaldıran kişiləri cəllad adlandırmaq ən azı cəlladlıqdır" - FOTOLAR

Yaqub Mahmudov: "Bayrağı qaldıran kişiləri cəllad adlandırmaq ən azı cəlladlıqdır" - FOTOLAR

Reportaj

4 Dekabr 2013, 09:10

Azərbyacan Demokratik Respublikasının devrilməsində xidməti olan bu bolşeviklərin qəbirləri indi heç bir fəxr doğurmur, əksinə qəzəb yaradır

Azərbaycan xalqının tanınmış nümayəndələrinin uyuduğu Fəxri Xiyaban həm bizim, həm də xarici qonaqların daim ziyarət elədiyi məkanlardandır. Burada kimlər yoxdur? Dahi Üzeyir Hacıbəyov, Qara Qarayev, Rəşid Behbudov, Niyazi, Fikrət Əmirov, Səməd Vurğun...
Ölkənin siyasi tarixində fundamental rol oynamış tarixi şəxsiyyətlərimiz də burda uyuyur. Mərhum prezidentlər Heydər Əliyev, Əbülfəz Elçibəy....

Amma bu qəbirlərin içində Azərbaycan siyasi tarixşünaslığına aidiyyəti olmayanlar var.

Əvvəlcə Fəxri Xiyabanın tarixindən danışaq...

Fəxri Xiyaban Azərbaycan SSR Nazirlər Sovetinin 27 avqust 1948-ci il 680 nömrəli sərəncamı ilə yaradılıb. Elə həmin tarixdən Fəxri Xiyabanın qurulmasına başlanılıb. Sərəncama əlavə olunmuş siyahıya görə, görkəmli ədəbiyyat və mədəniyyət xadimləri Cəlil Məmmədquluzadə, Əbdurrəhim bəy Haqverdiyev, Nəcəf bəy Vəzirov, Həsən bəy Zərdabi, Hüseyn Ərəblinski,  Süleyman Sani Axundov, Əli Nəzmi, Cabbar Qaryağdıoğlu, Rüstəm Mustafayev, Əzim Əzimzadə və Hüseynqulu Sarabskinin məzarları da Fəxri Xiyabana köçürülüb və onların qəbirüstü abidələri qoyulub.

Fəxri Xiyaban yaradıldıqdan sonra respublikanın vəfat etmiş görkəmli şəxsiyyətləri, bir qayda olaraq, burada dəfn edilir.

Lakin hazırda bu Xiyabanda sovet tarixşunalığının prinsipləri əsasında qəhrəman hesab olunan  şəxslər də yatır. Onların qəbirləri zaman-zaman mübahisə predmetinə çevrilir. Azərbyacan Demokratik Respublikasının devrilməsində xidməti olan bu bolşeviklərin qəbirləri indi heç bir fəxr doğurmur, əksinə qəzəb yaradır. Bu mərhumların başdaşı üzərində “Müsavat cəlladları tərəfindən qətlə yetirilib” sözləri isə həm siyasi baxımdan anlaşılmır, həm də acı təbəssüm yaradır. Buradakı “mətin inqilabçılar” adı verilən Əli Bayramov, Mir Fəttah Musəvi, Haşım Əliyev və digərləri əslində indi varisi olduğunu elan etdiyimiz Azərbaycan Xalq Cumhuriyyətinin qatı düşmənləri və bolşeviklərin əlaltıları olublar. Onların Azərbyacanın ləyaqətli oğulları ilə bir yerdə Xiyabanda uyuması siyasi etiket və ideoloji prinsip baxımımından anlaşılmazlıq yaradır. Bu şəxslərin qəbirlərinini köçürülməsi ilə bağlı məsələ zaman –zaman  KİV-də qaldırılsa da, hələki bolşevik qəbirlərini dəbərtmək istəyi hiss edilmir...

Məsələ ilə bağlı saytımıza açıqlama verən ixtisasca tarixçi millət vəkili, Azərbaycan Milli Elmlər Akademiyası Bakıxanov adına Tarix İnstitutunun direktoru Yaqub Mahmudov bildirib ki, 1918-ci ildə istilalardan can qurtarmaq üçün Azərbaycan xalqı özündə güc tapdı, qəddini düzəltdi:

"Öz müstəqil dövlətini yaratdı. Bu müstəqil dövləti yaradn kişilərin başına sonradan min cür müsibətlər gətirildi. Bizim üçrəngli bayrağımızı qaldırdıqlarına görə onlar həyatlarını qurban verdilər. İndi bu kişiləri cəllad adlandırmaq, Fəxri xiyabanda belə sözlər yazəlməş qəbir daşları saxlaq yolverilməzdir. Bayrağımızı qaldıran kişiləri cəllad adlandırmaq ən azı cəlladlıqdır. Prezidentimiz 1918-ci ildə müstəqil Azərbaycan dövlətini qurmuş şəxslərlə bağlı sərəncam verib. Bu sərəncama əməl etmək hər birimizin borcudur". 

 

Modern.az Fəxri Xiyabanda olan bu məzarların şəkillərini sizə təqdim edir. 28 aprel istilası ilə Şərqdə ilk demokratik cumhuriyyətin qəbirqazanına çevrilən, ölkəmizi qan içində işğal edən bolşevik güruhunu və onun yerli əlaltılarını siz də tanıyın... 

 

 

 

 

 

 

 

 

 

 

 

Xaqani Səfəroğlu

Sizə yeni x var
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI