Modern.az

Maska və əlcək taxmayan satıcılar, müştərilər... - Sumqayıt bazarından FOTOREPORTAJ

Maska və əlcək taxmayan satıcılar, müştərilər... - Sumqayıt bazarından FOTOREPORTAJ

Reportaj

7 May 2020, 20:59

Karantin rejimi və yağışlı hava şəraiti bu gün Sumqayıt bazarının (Karvan Ticarət Mərkəzi) alverini zəiflədib. Piştaxtalar dolu, alıcılar isə azdır.

Karantin rejimindən əvvəl bu bazarda sözün əsl mənasında adam əlindən tərpənmək olmurdu. Pandemiya dövründə görünür, alıcılar marketlərə üstünlük verirlər.

 

Modern.az-ın fotoqrafının lentə aldığı şəkillərdən aydın görünür ki, satıcıların əksəriyyəti maska taxmır, əlcək geyinmir. Müştərilər də eyni vəziyyətdə. Bu da sözsüz ki, yoluxma riskini artırır.

 

Sumqayıt bazarının bugünkü mənzərəsini sizə təqdim edirik:

 

Foto: İsmət Paşa

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
XƏBƏRDARLIQ: Hər an dəhşətli proses başlaya bilər