Modern.az

Uşaqlar Şuşanı istəyir– AKSIYA-FOTOLAR

Uşaqlar Şuşanı istəyir– AKSIYA-FOTOLAR

Reportaj

7 May 2012, 12:00

Dünən cəbhə bölgəsində yerləşən Tərtər rayonunun Borsunlu kəndində Şuşadan olan məcburi köçkünlərlə görüş keçirilib. Dağlıq Qarabağın Azərbaycanlı İcması ilə Parlament Jurnalistləri Birliyinin birgə təşkil etdiyi tədbirdə Şuşa və Tərtər rayonu İcra hakimiyyətlərinin nümayəndələri, erməni işğalçılarına qarşı vuruşmuş Şuşa şəhər Polis Şöbəsinin əməkdaşları, Tərtərdə məskunlaşan şuşalılar və Şuşa məktəbinin şagirdləri iştirak ediblər.

Milli Məclisin 122 saylı Xankəndi seçki dairəsi üzrə deputatı Flora Qasımova da tədbirə qatılaraq öz dəstəyini nümayiş etdirib.

"Mən Şuşamı istəyirəm!" şüarı ilə keçirilən bu tədbirdə səsləndirilən fikirlərin əsasında bir çağırış dururdu: gözləməyək, biz gedib Qarabağı alaq!.. Çıxışlarda da bu məqam xüsusi olaraq vurğulanıb.
Tədbirdə Şuşanın azad olunmasını şuşalı məktəb şagirdlərə saxlanılmasının yolverilməz olduğu vurğulanıb. Qeyd olunub ki, tədbirin keçirildiyi yer həm də Azərbaycanın Milli qəhrəmanı Mübariz İbrahimovun şücaət göstərdiyi əraziyə yaxın məsafədədir.
Görüşdə məktəblilər də öz növbəsində bədii - ədəbi kompozisiyalarla çıxış edərək Şuşaya həsr olunmuş şeirlər söyləyiblər.

Tədbirin sonunda erməni işğalçılarına qarşı vuruşmuş şuşalı polislərə hədiyyələr verilib.


 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 

 


 

 

 

 

 

  

 

Elçin Ağayev

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi