Modern.az saytının “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyimiz növbəti şəkil özü ilə təəccüb, təəssüf dolu çoxlu sualları da ortaya qoyur. Tarix bəlli deyil… Məkan Azərbaycan Televiziyasının çəkiliş pavliyonu… Yəqin ki, hansısa bayram konsertidir.
Flora Kərimova və İlhamə Quliyeva… Azərbaycanın başqa tanınmış sənət adamları ilə (onlardan bəziləri haqq dünyasına qovuşublar) bir sırada. Gülağa Məmmədov, Natəvan Şeyxova, Oqtay Ağayev və digərləri...
Deyirlər ki, bu iki sənətkarın arasında olan konfliktin tarixçəsi o illərə gedib çıxır. Bu fotoşəkildə yanaşı dayanıblar. İlk baxışdan mehribanlıq nümunəsi sayıla bilər.
Amma hər iki azman müğəninin duruşları, simalarındakı ifadə sanki, bu günlər üçün verilən fitvadır. İlhamənin özünəməxsus, sanki Floranı arxasında gizlətməyə hesablanmış ədalı duruşu, Floranın üzündə isə “Əsl sənətin önünü heç bir maneə ala bilməz” üsyanı… Digərləri ilə müqayisədə Flora Kərimova və İlhamə Quliyevanın arasındakı məsafəyə baxın... Qırğın o zamandan başlayıbmış...
(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik)