Modern.az

Bir şəklin tarixçəsi - Tofiq Türkelin əvvəli, Xaliq Bahadırın axırı...

Bir şəklin tarixçəsi - Tofiq Türkelin əvvəli, Xaliq Bahadırın axırı...

5 İyul 2012, 16:30


Yaşın üstünə yaş gəldikcə insanda qocalıq əlamətləri də özünü göstərir. Modern.az-ın “Bir şəklin tarixçəsi” rubrikasında təqdim etdiyi bu fotoşəkilə nəzər yetirəndə isə Azərbaycanın tanınmış jurnalistlərinin 23 il əvvəlki vaxtları ilə indiki dövrləri arasında bir təzad ortaya çıxır.

1989-cu ilin qışı, Azadlıq meydanı. Sağdan – Tofiq Türkel, Nemət Pənahlı və Xaliq Bahadır...
Şəkildə Tofiq Türkel xeyli gəncdir, azadlıq eşqi ilə alışıb-yan;r, rus imperiyasınnın üzərinə atılmağa hazırlıqlı kimi görünür. Xaliq Bahadır isə həm yaşlı-başlı, həm də səbrli, müdrik görsənir.

Bu gün – 23 ildən sonra bu görüntünun tam tərsini görmək mümkündür. Tofiq Türkel yaşlanıb, ağır-azman halı ilə gənc jurnalistlərin ağsaqqalı missiyasını yerinə yetirir. Xaliq Bahadır isə əvvəla, indi o vaxtkı halından xeyli cavan görsənir. Həmçinin, daha çox radikallaşşıb.  Nə bilmək olar, bəlkə radikallıq adamı gəncləşdirir...    

(Şəkillə bağlı maraqlı şərhlərinizi gözləyirik).

Modern.az
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI