Modern.az

“Azərbaycanın ilk zərgər xanımı mənəm”

“Azərbaycanın ilk zərgər xanımı mənəm”

10 İyul 2012, 15:37

Zərgər: “Saf qızıldan heç nə düzəltmək olmur”

Samirə Ələkbərova balacalıqdan zərgərlik sənətinə həvəsli olub. Jurnallarda gördüyü zinət əşyalarının gözəlliyi onda bu sənətə maraq yaradıb və elə  o vaxtdan qərarını verir. Uşaq olarkən muncuq işləmə, tikmə, bir sözlə, səbr, hövsələ tələb edən işlərə meylli olduğu üçün dərnəklərə  gedir. Daha sonra valideynlərinin dəstəyi ilə arzusuna çatmaq üçün Bakıya yollanır. O gün-bu gün zərgərliyin bütün sirlərinə sevə-sevə yiyələnir. Beləliklə, Ələkbərova Samirə xanımın xəyalı gerçəkləşir.


– Azərbaycanın ilk zərgər xanımı mənəm. Bu sənəti Qızlar Kollecində öyrənmişəm. Bəzən deyirlər ki, zərgərlik kişi sənətidir. Bu, düzgün fikir deyil. Sankt-Peterburqdakı zərgərlik zavodunda işləyənlərin əksəriyyəti qadınlardır. On il zərgər işləmişəm. İyirmi yeddi tələbə yetişdirdim. Tələbələrimin onu qadındır. Bu gün hamısı tanınmış iş adamıdır.

İki il İstanbulda təhsil almışam. Bu sənətin başqa-başqa incəliklərini öyrəndim. 2000-ci ildə getmişdim Türkiyəyə. İstanbulda olan texnologiya Azərbaycanda yoxdur. Yəni model olaraq yox, texnika tərəfdən çox geridəyik. Bizim bir həftəyə edəcəyimiz işi onlar bir gündə edirlər. Bizdə zavod bağlanıb, hərə öz hesabına işləyir. Texniki iş avadanlığını gərək dövlət alsın. Çünki qiyməti bahadır – 350 min dollar.

– Türk qızılı, Rusiya qızılı... Bunlar bir-birindən necə fərqlənir?

– Saf qızıldan heç nə düzəltmək olmur. Ancaq tərkibinə mis, gümüş qatdıqda nəsə eləmək olur. 99 qızılın əyyarıdır. Belə bir şey yoxdur. Sadəcə, deyimdir. Qızıl qızıldır, tərkibini dəyişməklə istənilən növü almaq olur.  Onun tərkibinə vurursan on qrama beş qram mis, iki qram zər gümüş. Nə qədər elədi? On yeddi qram. On qramlıq 999 əyar 17 qram oldu. Həm də onun 999  faizini düşürdüb gətirib eləyirsən 585. Oldu Rusiya qızılı...

– Paytaxtın istənilən ticarət mərkəzində Rusiya, İtaliya, Türkiyə istehsalı olan qızıl məmulatlara rast gəlmək olar.

– İstehsalçı ölkələrin hər birinin üstünlük verdiyi əyar var. Məsələn, İtaliya istehsalı olan məmulatlarda 750 əyarlı qızıldan istifadə olunur. Onun tərkibi 75% xalis qızıldır. Bakı bazarlarında 1 qram İtaliya qızılının qiyməti 40-45 dollardır. Rusiya qızılı bir qədər ucuzdur. Onun 1 qramını 30-40 manata almaq mümkündür. Hazırda Rusiya qızılı 585 əyarla buraxılır. Türkiyə istehsalı olan məmulatlar da 585 əyarlı qızıldan hazırlanır. Bu qızılın da qramı 30-40 manata satılır.

– Son zamanlar Bakı bazarlarında ərəb qızılına da maraq yaranıb.

– 999 əyarlı bu qızılın 1 qramının qiyməti 40-45 manatdır.

Aysel Talıblı

 

 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI